Fransanın Monpelye şəhərində eynicinslilərin nikah mərasimi baş tutub Eynicinslilərin nikahını qanuniləşdirən və sayca 14-cü ölkə olan Fransada etirazlara baxmayaraq, ilk dəfə bu ölkədə Monpelye şəhərində eynicinslilərin nikah mərasimi baş tutub. Şəhər sakinləri Vensan Oten və Bruno Bualonun nikahı Fransa prezidenti Fransua Ollandın eynicinsli nikahı leqallaşdıran qanunu təsdiq etməsindən bir neçə gün sonra təşkil olunub. Mərasim öncəsi çıxış edən cütlük onların nikahının Fransada cinsi azlıqların hüquqlarının tanınmasının rəmzi olduğunu bildiriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Parisdə eynicinsli nikahlar haqqında qanuna etiraz olaraq 150 minə yaxın adamın iştirakı ilə aksiya keçirilib. Fransa eynicinslilərin nikahını leqallaşdıran 14-cü ölkə olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?