Suriyada döyüşən azərbaycanlılardan birinin yeni video görüntüsü yayılıb. «YouTube» şəbəkəsində mayın 26-da yerləşdirilmiş videoda maskada olan şəxs Azərbaycan dilində çıxış edərək «könüllüləri Suriyada cihada» çağırır. Video görüntüdəki şəxsin yanında RPQ tipli əl qumbaraatanı və «Strela» portativ zenit-raket kompleksi diqqət cəlb edir. «Ceyş əl-Ənsar Mühacirun» silahlı qrupu adından çıxış etdiyini açıqlayan maskalı şəxs Şam torpaqlarında gedən cihadı azərbaycanlı və türk qardaşlarına çatdırmaq niyyəti daşıdığını bildirib.Çıxış edən şəxs «Ceyş əl-Ənsar Mühacirun» silahlı qrupunun Ömər Şişəni, Əbu Yəhya Azəri və Əbu Cihad adlı rəhbər şəxslərinin adını açıqlayıb. Suriyada şəriət dövləti qurmaq istədiklərini deyən şəxs «möminləri müqəddəs Şam torpaqlarında cihad etməyə» çağırıb. Çıxışda işlədilən ifadələrdən çağırış edən şəxsin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.
Sorğu
Yeni dizaynımız necədir?