Bir müddət öncə Bakının Nardaran qəsəbəsinə Suriyadan 3 cəsəd gətirilib. Bu barədə Avropa.info-ya məlumat verən mənbənin sözlərinə görə, cəsədlər Suriyada Bəşər Əsəd ordusuna dəstək verən azərbaycanlılara məxsusdur. Bildirildiyinə görə, öldürülən nardaranlılar “Hizbullah” təşkilatının sıralarında Suriya müxalifətinin silahlı qüvvələrinə qarşı döyüşüblər və həmin döyüşlərdən birində həlak olublar. Mövzunun cəmiyyət arasında populyarlaşmasından ehtiyat edən hüquq-mühafizə orqanları faktı məxfi saxlamağa çalışırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?