Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş “G20” sammitindən əvvəl Almaniya federal polisinə verbal nota göndəriblərmiş.
Nota iyulun 6-da göndərilib. Məktubda “Alman polisi geyimində olan şəxslər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edə bilərlər”,-deyə vurğulanıb. Bundan əlavə, potensial sui-qəsdçinin adı da qeyd olunub. Onun keçmiş Türkiyə polisi olduğu bildirilib.
“Welt”in sorğusuna cavab olaraq Almaniya polisi məktub aldıqlarını təsdiqləyib. Ancaq hesablamalara əsasən sui-qəsd ehtimalının az olduğu vurğulanıb. Qeyd edək ki, 7-8 iyulda Hamburq şəhərində “G20"-nin (Böyük 20-lik) sammiti keçirilib./“Qafqazinfo”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?