Türkiyə su böhranı səbəbi ilə İranla müharibəyə sürüklənə bilər.
Bu sözləri İran Ətraf Mühiti Mühafizə Təşkilatının rəsmisi Məhəmməd Dərviş deyib.
Dərviş Türkiyənin su anbarının tikintisini dayandırması üçün aparılacaq diplomatik danışıqların nəticə verməyəcəyi təqdirdə, müharibənin qaçılmaz olacağını bildirib.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Türkiyəyə çağırış edərək bu ölkənin Fərat və Dəclə çayı üzərində inşa edəcəyi su anbarının tikintisini dayandırmağı tələb edib.
Xatırladaq ki, Türkiyə sözügedən layihəyə 1980-ci ildə başlayıb. Dövrün güclü və qüdrətli liderləri olan Səddam Hüseyn və Hafiz Əsəd Türkiyəni təhdid edərək bunun reallaşmasına imkan verməyəcəklərini bəyan etmişdi./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?