ABŞ-ın Michigan ştatında qadın ərinə beş dəfə güllə açaraq öldürməkdə təqsirli bilinib.
Evdə saxlanılan tutuquşu, güman edildiyinə görə, hadisənin şahidi olub. Glenna Duram, həyat yoldaşı Martini, 2015-ci ildə evdə saxlanılan tutuquşu qarşısında güllələyib. Bundan sonra qadın odlu silahla özünü də öldürməyə cəhd göstərib, lakin onun bu cəhdi alınmayıb. Tutuquşu, hadisədən bir müddət keçmiş, "Vurma!" sözünü səsləndirib. Qadın deyib ki, tutuquşu həmin sözü onun mərhum ərinin səsinə bənzər səslə səsləndirib.
Bu tutuquşuya bənzər olan Bud adlı quş eşitdiyi sözləri təkrarlamağı xoşlayır. Bud adlı Afrika tutuquşusu məhkəmə prosesinə cəlb olunmamışdı. Hakimlər heyəti bir gün çəkən müzakirələrdən sonra 49 yaşlı xanım Duram-ı qətl törətməkdə təqsirkar bilib. Ona qarşı məhkəmənin cəza qərarı gələn ay çıxarılacaq. 2015-ci ilin may ayında Sand Lake şəhərində ər-arvadın evində baş vermiş insidentdə Glenna Duram başından yara alıb, lakin sağ qalıb. Cənab Duram-ın anası Lillian deyib ki, məhkəmədə oğlunun ölümü ilə bağlı dəlilin təqdim edilməsi zamanı xanım Duramın bunu "emosiyasız qarşılamasına" tamaşa etmək "ağrıverici" olub. Bud-un hazırkı sahibi, cənab Duram-ın keçmiş həyat yoldaşı Christine Keller hesab edir ki, tutuquşu qətl gecəsindəki eşitdiyi sözü təkrarlayıb: "Vurma!" "Mən düşünürəm ki, quş hadisənin şahidi olub, hadisə zamanı deyilmiş sözü yadda saxlayıb və indi onu səsləndirir", - mərhumun atası deyib. Michigan prokuroru əvvəlcə tutuquşunun dediklərindən prosesdə dəlil kimi istifadə etmək istəyib, lakin sonradan fikrini dəyişib. Prokuror əlavə edib ki, ehtimal ki, proses zamanı tutuquşu şahid qismində məhkəməyə dəvət olunmayacaqdı./bbc.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?