Rusiyanın ən varlı varislərinin adları açıqlanıb. Bu siyahıda azərbaycanlılar da yer alıb. İlk pillədə "Novateka" şirkətinin sahibi Leonid Mixelsonun 21 yaşlı qızı Viktoriya Mixelson qərarlaşıb. "CEO" jurnalının tərtib etdiyi siyahıya görə, o əvvəl siyahıya liderlik edən Yusif Ələkbərovdan 2 milyard dollar varlıdır. Viktoriya "Viktoriya- müasir olmaq sənəti" müasir incəsənət fondunun (V-A-C) rəhbəridir. O, 13,74 milyard dollarlıq varidata sahib olan atasının yeganə varisidir.
İkinci yerdə "Lukoyl"un sahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərovdur. Onun mirası $12,03 milyarddır.
Üçlüyü "Maqnit" ticarət şəbəkəsinin və "Krasnodar" futbol klubunun sahibi Sergey Qaliskanın qızı, 17 yaşlı Polina tutur. $8,2 milyard mirasın sahibi bu il məktəbi bitirəcək. 4 və 5-ci yerlərin sahibləri "Renovı"nın sahibinin uşaqları Viktoriya Vekselberqin uşaqları Aleksandr və İrinadır. Hərəsinə $7,97 milyard düşür.
Tanınmış milyonçu Roman Abramoviç 7 uşağı isə 60-66-ci yerləri tutublar. "Çelsi"nin sahibinin kapitalı böyük olsa da, onun varislər arasında bölünməsi zamanı alınan rəqəm az olduğu üçün onlar bu pilləyə düşüblər.
Jurnalın siyahısında həmçinin hərəyə 1,01 milyard dollarla Rusiyada yaşayan azərbaycanlı milyarder, "Crocus Group"un prezidenti Araz Ağalarovun uşaqları - müğənni-bəstəkar, iş adamı Emin Ağalarov və Şeyla Ağalarova da yer alıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?