“Forbes” jurnalı Rusiyanın ən zənginlərinin - korporasiya və holdinq sahiblərinin varisi olacaq övladları haqda material hazırlayıb. Modern.az saytı xəbər verir ki, gələcəkdə biznes sükanını öz atalarından alacaq varislər arasında Rusiyada bizneslə məşğul olan azərbycanlı iş adamlarının da adı var.
Onları təqdim edir.
Yusif Ələkbərov - 1990-cı ildə anadan olub. “Lukoyl” şirkətinin bakılı təsisçisi Vahid Ələkbərovun yeganə övladı Rusiyanın ən zəngin varislərindən biri sayılır. “Lukoyl” şirkətində çalışsa da, Yusif Ələkbərovun vəzifəsi və fəaliyyəti barədə informasiya verilmir. Qubkin adına Rusiya Neft və Qaz Universitetini bitirən Yusif Ələkbərov sonuncu dəfə ictimaiyyət qarşısına 2014-cü ilin dekbarında Koqalımda İmilor neft yatağının istismara verilməsi zamanı çıxıb.
“Forbes” jurnalının məlumatına görə, hazırda Yusif Ağalarov “Lukoyl”un almaz çıxarılması ilə məşğul olan “Arxangelskgeodobıça” şirkətinə rəhbərlik edir.
“Forbes” jurnalının açıqladığı son statistika Vahid Ələkbərovun 12,2 milyard dollar sərvətlə ən zəngin 6-cı rusiyalı iş adamı olduğunu göstərir.
Emin Ağalarov – 1979-cu ildə Bakıda anadan olub. 4 yaşı olarkən ailəlikcə Moskvaya köçüblər. Məktəbi İsveçrədə, universiteti isə ABŞ-da (Merimaunt Manhetten kollec) bitirib. Tələbəlik illərində eBay-da Rusiyada istehsal edilən özünəməxsus məhsulların - “Polet” saatlarının, matroşkaların və s. satışı ilə məşğul olub.
21 yaşı olarkən atası Araz Ağalarovun yaratdlığı “Crocus Group” şirkətində fəaliyyətə başlayıb. Hazırda Vegas şəbəkəsinin, “Korikus siti holl” konsert mərkəzinin fəaliyyətinə nəzarət edir.
“Atam mənə şəxsi biznesimi təşkil etmək üçün tam sərbəstlik verib. Krteditlər götürmüşəm və atam bir dəfə də olsun mənim pulları hara xərclədiyimi soruşmayıb. Özümə lazım bildiyim zaman ona danışıram. Məsələləri biz partnyor və dost kimi həll edirik, ata və oğul kimi yox”.
Araz Ağalarov “Forbes” jurnalının açıqladığı son statistikada ən zəngin 46-cı rusiyalı iş adamı hesab olunur. Onun sərvəti 1,9 milyard dollar təşkil edir.
Ələkbər İsmayılov – 1984-cü ildə anadan olub. İsveçrənin Franklin kollecini bitirib. “AST” şirkətinin həmtəsisçilərindən biridir. 2014-cü ildə Telman İsmayılov yaratdığı “AST” şirkətinin səhmlərini oğulları Ələkbər, Sərxan İsmayılova və bacısı oğlu Zaur Mərdanovun adına keçirib. Telman İsmayılovun özü isə yalnız “AST” şirkətinin fəxri prezidenti postunu əlində saxlayıb.
Sərxan İsmayılov – 1985-ci ildə anadan olub. 2010-cu ildə Qroznının “Terek” klubunun vitse-prezidenti seçilib. Hazırda qardaşı və bibisi oğlu ilə birlikdə “AST” şirkətinin sahibidir.
“AST” şirkətinin fəxri prezidenti Telman İsmayılovun şəxsi sərvəti 2015-ci ilin son statistikasına görə 600 milyon dollardır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?