İsrail Yerusəlimin (Quds) müqəddəs əl-Əqsa məscidi kompleksinin girişinə yerləşdirdiyi dəmir detektorları çıxarması mümkündür, yüksək vəzifəli rəsmi bildirib. General-Mayor Yoav Morecai müsəlmanları təhlükəsizliyi təmin etmək üçün başqa təkliflər verməyə çağırıb. İsrail məscid kompleksinin girişində yeni təhlükəsizlik tədbirlərini, bu ayın əvvəli əl-Əqsaya yaxınlıqda iki İsrail polisinin qətlindən sonra tətbiq edib. İsrailin addımı fələstinlilərin qəzəbinə səbəb olub. Onlar İsraili İudaizimdə müqəddəs sayılan və məbəd dağı adlandırılan ərazini ələ keçirmək istədiyini idda edirlər. İslamda Haram əl-Şarif adlanan ərazidə son bir neçə gün ərzində qalmaqalın təyziqi artıb. "Biz ümid edirik ki İordaniya və digər ərəb ölkələri başqa bir təhlükəsizlik tədbiri təklif edə biləcəklər", General-Mayor Mordecai BBC Ərəbcəyə bildirib. "Hansı təklif olur olsun, elektronik, kiber və ya müasir texnologiya. İsrail bu məsələni həll etməyə hazırdır. Bizə təhlükəsizlik çözümü lazımdır, siyasi və da dini yox." Bu İsrailin mövqeyinin yumşaldığını göstərən ilk əlamətdir. Şənbə (dünən) günü fələstinli etirazçılar və İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edib. Son iki gün ərzində dörd fələstinli öldürülüb. Cümə günü üç mülki israilli işğal altında olan Qərb Sahilində Ramallah şəhərinin yaxınlığında yaşadıqları yəhudi məskənində bıçaqlanaraq öldürülüblər. Bazar ertəsi (Bu gün) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası qarşıdurmanın həllini müzakirə edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?