Bu barədə İran prezidentinin başçılığı ilə iyulun 23-də keçirilən Nazirlər Kabinetinin iclasında qərar layihəsi qəbul olunub. Milli valyutanın dəyişdirilməsinin vacibliyi ilə bağlı təklif 2016-cı ilin oktyabr ayında İranın Mərkəzi Bankından gəlmişdi. Nazirlər Kabinetinin iclasında ölkənin pul və bank qanununun islah olunması layihəsi ilə bağlı hökumətin iqtisadiyyat komissiyasının hesabatı dinlənilib araşdırıldıqdan sonra milli pul vahidinin dəyişdirilməsinə qərar verilib. Hazırlanan layihəyə əsasən İranın yeni pul vahidi “tümən” 10 “rial”a bərabər təyin edilib. Bildirilir ki, həmin qərar layihəsinin qəbul olunmasında məqsəd ölkənin pul və bank sistemində sabitliyi qoruyub saxlamaqdır./teleqraf.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?