“Türkiyəyə qarşı “ikinci dalğa” hücumunun hazırlıqları aparılır”.
Bu barədə “Yeni Şəfəq” qəzetinin köşə yazarı İbrahim Karagül bugünkü yazısında qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin Suriya ilə sərhədində PKK/PYD üzərindən yeni cəbhə qurulur: “ABŞ-ın yüzlərlə TIR silahı PYD-yə verməsinin məqsədi təkcə Suriya ilə bağlı deyil. Şimali İraqdan Aralıq dənizinə qədər xəritə çəkilir və bütün bu bölgə Türkiyəni, eləcə də bu coğrafiyanı parça-parça edəcək qarnizona çevirirlər”.
İ.Karagül hesab edir ki, PKK/PYD-yə verilən silahlar Türkiyəyə qarşı yeni cəbhənin açılması məqsədi daşıyır.
“Suriyanın xəritəsini istədikləri şəkildə quran kimi, Türkiyəyə hücum ediləcək. Buna görə də ABŞ Türkiyənin cənubunda PYD-yə silah verməyi davam etdirəcək. Bu layihəni həyata keçirənlər də, FETÖ üzərindən Türkiyəyə hücum edənlər də eyni güclərdir. 15 iyulda FETÖ-nü üstümüzə salan ABŞ və ortaqları bu səfər hücumu cənubdan, Suriyanın şimalından edəcək. “İkinci 15 iyul planı” budur”, - deyə türkiyəli yazar diqqətə çatdırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?