Türkiyədə 1963-cü ildə, evini təmir edən bir nəfər, evinin divarının arxasından gizli otaq aşkarlayıb. Gizli otağa daxil olarkən o, inanılmaz memarlıq abidəsi ilə qarşılaşıb. Belə ki, o, evinin altında yeraltı şəhər olduğunu kəşf edib. Şəhər çoxlu tunellərdən ibarətdir və dərinliyi 60 metrə çatır.Tarixçilərin fikrincə, “Derinkuyu” adlı şəhər eramızdan əvvəl I-II minillikdə inşa edilib. Əsasən, düşmən ordularının hücumlarından qorunmaq üçün, sığınacaq kimi istifadə edilib. Şəhərdə yerləşdirilən əşyalar və təchizata görə, orada təxminən 20 000 nəfər yaşaya bilər. Buranın heyrətamiz cəhəti ordadır ki, yeraltı şəhərdə yaşayış otaqları, mətbəxlər, su quyuları, çörək bişirilmə yerləri, tövlə, hətta qəbirstanlıq da olub. Beləliklə, bu şəhərin inşasının nə qədər çətin proses olduğunu anlamaq elə də çətin deyil. Hava ventilyasiya sistemi vasitəsilə şəhərdə rahat nəfəs almaq olur.
Hazırda həmin yer turistlər üçün açıqdır və hər kəs ziyarət edə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?