Təyyarəyə bomba keçirməyi planlaşdırmaqda təqsirləndirilən iki nəfər həmçinin zəhərli qaz buraxacaq cihaz düzətməyə cəhd ediblər, Avstraliya polisi bildirir.
Məlumata əsasən özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın təlimatı ilə hərəkət edən şübhəli şəxs 15 iyulda Sydney şəhərindən uçan Etihad şirkətinin təyyarəsinə partlayıcı maddəni keçirə bilməyib. İttiham edilən şəxslər həmçinin "qazyayıcı" cihaz qurmaq niyyətində olublar. Lakin polis bu planların yekun mərhələdən çox uzaq olduğunu bildirir. İstintaq iddia edilən planların qarşısının "tamamilə alındığını" qeyd edir. Avstraliya Federal Polisinin rəis müavini Michael Phelan deyib ki, şübhəlilərin Sydney aeroportuna gətirilən baqajında hərbiyyədə istifadə edilən partlayıcı maddə olub.
Hadisə ilə bağlı 49 yaşlı Xaled Xayat və 32 yaşlı Mahmoud Xayat saxlanılıb. Onlar "terror hücumunu planlaşdırmaq və ya ona hazırlıqda ittiham olunurlar". Bu ittihamların təsdiqləndiyi halda onlara ömürlük həbs cəzası kəsilə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?