Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın dayağı olan və hazırda mühasirəyə alınmış Raqqa şəhərində təxminən 2,000 İD döyüşçüsü qalıb, ABŞ rəsmisi bildirib.
İD-ə qarşı koalisiyaya ABŞ-ın xüsusi səfiri Brett McGurk deyib ki, ABŞ-ın dəstəklədiyi silahlı qrupların iyun ayında şəhər üzərinə başladıqları əməliyyatda artıq Raqqanın 45 faizi ələ keçirilib. Cənab McGurk İD-in ölümcül mübarizədə olduğunu deyib və daha çox döyüşçülərinin şəhərdə öləcəyini ehtimal edib. İD Raqqanı 2014-cü ildə ələ keçirərək "xilafətin" paytaxtı elan etmişdi. Suriya Demokratik Qüvvələri (SDF) noyabr ayından etibarən şəhər istiqamətində irəliləyiblər və şəhərin ələ keçirilməsinə yönəlmiş hərbi əməliyyata iyunun 6-da başalyıblar. Raqqada qalmış dinc əhalinin dəqiq sayı bilinmir, lakin Birləşmiş Millətlər Təşkilatı bu rəqəmin 20,000 və 50,000 arasında olduğunu ehtimal edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?