İsrailin rabitə naziri Əl Cəzirənin yerli ofisinin bağlamaq və jurnalistlərinin Akkreditasiyalarını ləğv etmək istədiyini bildirib.
Rabitə naziri Ayoub Kara media şəbəkəsini "terroru" dəstəkləməkdə təqsirləndirib və həm ərəb həm də ingilis dilli kanallarının yayımını kəsəcəyini deyib. Bir qədər əvvəl, İsrailin Baş naziri Binyamin Netanyahu qurumu nifrətə qızışdırmaqda etməkdə təqsirləndirmişdi. Əl Cəzirə iddiaları rədd edib və azad media qurumu olduğunu deyir. Qətər hökuməti tərəfindən maliyyələşən media şəbəkəsi son aylar ərzində bir çox Körfəz ölkələri tərəfindən hücuma məruz qalıb. Səudiyyə Ərəbistanı və İordaniya hökumətləri Qətərə qarşı siyasi kampaniya çərçivəsində kanalın ölkələrindəki ofislərini bağlayıblar. Əl Cəzirənin ərəb dilli kanalı ilk dəfə yayıma 1996-cı ildə başlayıb və hökumət və ldierlərin tənqidi ilə yaxın şərqdə media mühitinin kəskin şəkildə dəyişməsinə səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?