Bu gün Pakistanın şərqində yük maşınına yerləşdirilmiş bombanın partladılması 30-dan çox insanın yaralanmasına səbəb olub.
Lahor şəhərinin hökumət rəsmiləri partlayıcı maddənin meyvə ilə dolu yük maşınına yerləşdirildiyini bildirib. Bu, devrilmiş baş nazir Nəvaz Şərifin istehkamı olan Lahorda həyata keçirilən sonuncu bomba hücumudur. Keçən ay da Pakistandakı Taliban militantlarının Lahorda həyata keçirdiyi intiharçı hücumu çoxu polis işçisi olmaqla, azı 25 nəfərin ölümünə səbəb olmuşdu. Partlayış ştatın baş nazirinin ofisinin yaxınlığında yerləşən informasiya texnologiyaları binasının ətrafında baş vermişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?