ABŞ-ın Kaliforniya ştatının federal məhkəməsi hicab səbəbindən dini diskriminasiyaya məruz qalan qadının məhkəmə işinə baxıb.
Məhkəmə müsəlman qadına 85 min dollar təzminat ödənilməsi barədə hökm çıxarıb.
"Amerikan-İslam Münasibətləri Şurası" qeyri-hökumət təşkilatından verilən açıqlamaya əsasən ötən il polis tərəfindən Kristi Pouel adlı qadının hicabı zorla çıxarılıb və dini diskriminasiyaya məruz qalıb. Qadın isə Lonq Biç polis idarəsinə şikayət etmişdi. Federal məhkəmə Pouelə 85 min dollar təzminat ödənilməsinə qərar verib. Digər tərəfdən isə Lonq Biç polis idarəsi hicabla bağlı qərarını dəyişdirdiyi bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?