Moskvanın psixiatriya xəstəxanalarının birində xəstə 4-cü mərtəbənin pəncərəsindən özünü yerə atıb. Hadisə ötən cümə günü, avqustun 11-də baş verib. Xəstənin palata yoldaşlarının sözlərinə görə, kişi qəfildən evə getmək istədiyini deyib və “banzay!” qışqıraraq özünü pəncərədən atıb. Çanaq sümüklərinin və ətraflarının sınığı diaqnozu ilə xəstə reanimasiyaya yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?