Türkiyədə universitet müəllimlərindən biri sosial şəbəkədə Taksim hadisələrini şərh edərkən baş nazii Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi hökumət üzvlərinə edam tələb edib. Sağ yönümlü hakimiyyət dövründə Türkiyədə demokratiyanın inkişaf etmədiyini bildirən “Memar Sinan” incəsənət universitetinin müəllimi Əziz Rizvan Kutluan ordunu dərhal hərbi dövlət çevrilişinə çağırıb.
“Təəssüf ki, bu torpaqlarda heç bir sağ iqtidarı dövründə demokratiya inkişaf etməyib, geriyə gedib. İctimai müqavimətlə nə qədər dayanmaq olar ki? Dərhal silahlı dövlət çevrilişi olmalıdır. Bunlar Yassıadada faşizm və dini dövlət qurmaq ittihamı ilə edam edilməlidir. Menderes də buna layiq idi”.
Xatırladaq ki, cümhuriyyət tarixində Türkiyədə bir neçə dəfə hərbi dövlət çevrilişi baş verib. 12 may 1960-cı ildə baş vermiş ilk hərbi dövlət çevrilişində həbs olunan ölkənin baş naziri Adnan Menderes, xarici işlər naziri Fatin Rüşdü Zorlu və maliyyə naziri Həsən Polatkan Yassıadada qurulan hərbi məhkəmədə mühakimə edildikdən sonra asılaraq edam ediliblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?