Həmin şirkətlər Tehrana sanksiyalardan yayınmağa kömək etməkdə ittiham olunur ABŞ-ın Maliyyə Nazirliyi İran hakimiyyətinin maraqlarını təmin etdiklərini əsas gətirərək, 5 ölkənin 37 şirkətinə sanksiya tətbiq edib. Birləşmiş Ştatlar iddia edir ki, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Xorvatiya, Cənubi Afrika Respublikası və İrandan olan şirkətlər Tehrana beynəlxalq sanksiyalardan yayınmaqda köməklik göstərib.
Bunlar İmam Xomeyni İcraiyyə Komitəsi və ona daxil olan 37 törəmə şirkətdir. Bu şirkətlər investisiya, ticarət, sığorta və bank sektorunda fəaliyyət göstərir. Onların arasında “Amin İnvestment” kimi tanınmış bank da var. Bundan əlavə, həmin şirkətlərdən bəzilərinin bir sıra xarici ölkələrdə qeydiyyata alındığı bildirilir.
Vaşinqtonun bu qərarı ilə amerikalı vətəndaşlara və şirkətlərə həmin müəssisələrlə işgüzar əlaqə qurmaq qadağan edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?