Suriya müxalifəti bazar ertəsi, avqustun 21-də Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq. Olkə müxalifətinin Ər-riyad, Qahirə və Moskva platformalarının müzakirələri Ər-Riyadda baş tutacaq. Qeyd edək ki, müxalifət 2011-ci ildən Əsədin istefasını tələb edirlər. Ər-riyad görüşü sentyabrda Jenevada baş tutacaq danışıqlar öncəsi müxalifətin ümumi fikrə gəlməsi məqsədi ilə keçirləcək. Görüş iştirakçıları Əsədin gələcək prezidentliyinə öz münasibətini bəyan edəcəklər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?