İraq qüvvələri Mosulun tərkibində olan Təlafər bölgəsini İŞİD terror təşkilatının işğalından azad edib.
İraq əsgərləri qələbə simvolu olaraq Təlafər qalasına öz bayraqlarını sancıblar. Təlafər əməliyyatlarına rəhbərlik edən general-leytenant Əbdüləmir Yarullah verdiyi yazılı açıqlamada terrorla mübarizə qüvvələrinin Təlafər qalası və meşələlərinin İŞİD-dən tamamilə təmizləndiyini qeyd edib. Təlafər əməliyyatı 20 avqust tarixində İraqın Baş Naziri Heydər Əl İbadinin əməliyyatlarla bağlı çıxışından sonra başladılmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?