Rusiyanın San Fransiskodakı Baş Konsulluğu, Vaşinqton və Nyu Yorkdakı ticarət nümayəndəliklərinin yerləşdiyi binalar Dövlət Departamentinin tələbi ilə Amerika tərəfinə verilib.
Rusiya tərəfi binalarda FTB əməkdaşlarının iştirakı ilə qanunsuz axtarışların aparıldığını iddia edir. ABŞ tərəfi isə FTB-nin iştirakını inkar edir və söhbətin axtarışlardan deyil, adi yoxlama və ya təftişdən getdiyini iddia edir.
Qeyd edək ki, ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb etmişdi.
Xatırladaq ki, ABŞ Konqresində qəbul olunan sanksiya qanunundan sonra Rusiya hökuməti ölkə ərazisindəki ABŞ diplomatik missiyalarının əməkdaşlarının sayını bu ölkədəki Rusiya diplomatik missiyalarının əməkdaşlarının sayına uyğunlaşdırıb - 455 nəfər. Nəticədə Rusiyadakı ABŞ missiyaları 755 nəfər ixtisara salınıb. Bundan başqa, Rusiya Moskva ətrafında ABŞ diplomatlarının istifadə etdiyi bağ evinə, eləcə də paytaxtdakı Dorojnaya küçəsində yerləşən anbarlara həbs qoyub.
ABŞ, buna cavab olaraq, Rusiya ərazisində qeyri-immiqrasiya vizalarının verilməsi prosedurunu qeyri-müəyyən müddətə dayandırıb./APA
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?