“Yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı ciddi hadisələr olacaq, lakin hansı hadisələr, bunu proqnozlaşdırmaq çətindir”.
Bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib.
O iddia edib ki, bu gün Ermənistan ətrafında mürəkkəb proseslər cərəyan edir və burada ABŞ, Avropa Birliyi və Rusiya kimi oyunçular var. “Onların hər birinin bu proseslərdə öz maraqları var, amma Ermənistan üçün açar məsələ təbii ki, Qarabağ münaqişəsidir”-T.Balayan deyib.
Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-Yorkda gözlənilən görüşü barədə danışan erməni diplomat hesab edib ki, nazirlər 20 sentyabrdan sonra bir araya gələ bilər. Ancaq bununla belə, o, görüşün baş tutmamasını da istisna etməyib. Eyni zamanda qeyd edib ki, əsas məsələ bu deyil. T.Balayan xatırladıb ki, iki ölkənin XİN rəhbərləri arasında görüşlər bundan əvvəl olub və olacaq. Vacib olan odur ki, qapılar arxasında hansısa proses gedir. Minsk Qrupunun həmsədrləri hər şeyi edirlər ki, xarici işlər nazirlərinin görüşündən sonra prezidentlər səviyyəsində təmas baş versin.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?