Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hökumətini mühafizəçilərinə qarşı irəli sürülən ittihamlara görə sərt şəkildə tənqid edib.
Bu barədə Türkiyə prezidenti jurnalistlər qarşısında çıxışı zamanı danışıb.
“ABŞ-da ədalətin işləmə prinsipi əsl qalmaqaldır. Onlar qonaqlarının mühafizəsi üçün məsuliyyət daşıyır. Əgər onlar öz vəzifələrini yerinə yetirmirsə, mənim mühafizəçilərim də etməyəcək? Mənim mühafizəçilərim öz vəzifəsini yerinə yetirdi”, - Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ Ərdoğanın 15 mühafizəçisini Vaşinqtonda keçirilən aksiya iştirakçıları ilə yaşanan qarşıdurmaya görə ittiham edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?