GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Myanmada müsəlman kəndlərinə od vuran kimdir?

Myanmada müsəlman kəndlərinə od vuran kimdir?

Tarix: 13-09-2017, 13:21 Bölmə :Dünya Baxış: 342
Myanmada müsəlman kəndlərinə od vuran kimdir?


Jonathan Head
Cənub-Şərqi Asiya müxbiri

Müsəlman kişi Maungdaw bazarında. Jusrnalistlərə bazara yalnız nəzarət altında baş çəkməyə icazə verilmişdi.


Son iki həftə ərzində Raxin ştatından Banqladeşə pənah gətirmiş 300,000 Rohinca insanının hamısı Myanmanın şimal əraziləri olan Maungdaw, Buthidaung və Rathedaung rayonlarından gələnlərdir.
Bu əraziyə baş çəkmək üçün hökümətdən xüsusi razılıq almaq lazımdır.
Odur ki, hökumət tərəfindən 18 xarici və yerli jurnalist üçün həmin bölgəyə təşkil edilmiş səfər fürsətindən biz istifadə etdik.
Səfər zamanı yalnız hökumətin göstərmək istədiyi yerlərə baş çəkməyə icazə verilsə də, hətta belə şəraitdə də, bəzən, qiymətli təfsilatlar əldə etmək mümkün olur.
Bununla yanaşı, hökumətin məsələyə öz baxışı var, həmin baxışı da bilmək lazımdır.
Hökumət silahlı üsyanla qarşılaşıb, lakin bəziləri deyə bilər ki, rohincaları üsyana qaldıran elə hökumətin özü olub.
Raxin ştatının paytaxtı Sittwe-yə çatanda bizə təlimat verildi ki, heç kim qrupu tərk edib təkbaşına işləməsin.
Ərazidə axşam saat 6-dan sonra komendant saatı tətbiq olunur, odur ki, gecə saatlarında gəzişmək də qadağandır.
Getmək istədiyimiz yerlərə çatmaq üçün icazə almaq gərəkdir, bizim bu cür xahişlərimiz təhlükəsizlik səbəbindən təmin olunmamışdı.
Sittwe-dən Buthidaung-a 6 saatlıq yol var.
Oradan da Maungdaw-a çatmaq üçün daha 1 saat lazımdır.
Şəhərə yaxınlaşdıqca, ilk yandırılmış kəndin qarşısından keçdik.
Həmin kəndin adı belədir - Myo Thi Gyi.

Maungdaw-da yerli müsəlman icmasından qalanlar yalnız bunlardı

Hökumətin məqsədi, Banqladeşə pənah gətirən Rohinca qaçqınlarının danışdıqları və Myanmanı mənfi tərzdə təsvir edən əhvalatları balanslaşdırmaq idi.
Rohincalar, Myanma hərbiyyəsi və Raxində qaragüruhçuları tərəfindən məqsədyönlü şəkildə məhvetmə kampaniyasının aparıldığını və insan haqlarının pozulduğunu bildirirlər.
Lakin balans yaratmaq səyləri burada büdrəyib.
Bizi, ilk olaraq, Maungdaw-da balaca bir məktəbə gətirdilər.
İndi burada köçkün hindu ailələri yerləşdirilib.
Onlar deyir ki, müsəlmanların hücumlarına məruz qalıblar.
Lakin, nədənsə, Banqladeşə qaçan hindular danışır kı, yerli Raxin buddistlərinin hücumlarına məruz qalırdılar, çünki buddistlər hinduların Rohinca müsəlmanları olduqlarını güman ediblər.
Məktəbdə hindular polis və rəsmilərin əhatəsində idi.

Onlar sərbəst danışırdılarmı?

Bir kişi mənə əsgərlərin onların kəndini atəşə necə tutduğunu danışmağa başlayanda, onun qonşusu onun danışdığına düzəlişlər etməyə başladı.
Bir qadın müsəlmanların hücumları barədə hamıdan çox danışırdı.
Yerli buddist rahib deyib ki, müsəlmanlar evlərini özləri yandırır.
Sonra bizi Budda məbədinə apardılar.
Oradakı rahib, müsəlmanların evlərinin elə müsəlmanların özü tərəfindən yandırıldığını bildirib.
Bizə həmin hadisələrin fotoşəkilləri paylandı.
Həmin şəkillər qəribə idi - ağ rəngli araqçın taxmış bir qrup kişi bir daxmaya od vurmağa hazırlaşdığı zaman şəkil çəkdirmək üçün düzülmüş vəziyyətdə lentə alınıb.
Digər şəkildə başına sankı, süfrə parçası bağlamış qadın əlində qılınc və qiyməkeş oynadaraq kadra düşüb.
Bir müddətdən sonra mənim yadıma düşdü ki, həmin qadını məktəbdə də görmüşdüm - müsəlmanların hücumlarından danışan da elə həmin bu qadın imiş.
Şəkildəki bir kişini də, yenə də elə həmin məktəbdə hindu ailələri arasında görmüşdüm.
Beləliklə, bizə verilmiş fotolar saxta idi və görünür, yanğınların müsəlmanlar tərəfindən törədildiyinə inandırmaq üçün edilmişdi.
Jurnalistlərə paylanan şəkillərdə, iddia edildiyi kimi, evlərə od vuran narıncı rəngli paltarda müsəlman qadını əks olunub.
Lakin sonradan BBC həmin qadını Hindu kəndində aşkar edib.
Bizim, polkovnik Phone Tint ilə görüşümüz oldu.
O, sərhəd təhlükəsizliyinə cavabdeh olan yerli rəsmi idi.
O, Arakan Rohinca Qurtuluş Ordusu silahlılarını "Benqal terrorçuları" adlandıraraq, onların Rohinca kəndlərini necə nəzarət altına aldıqlarından, kənddəki hər evdən bir kişinin dəstəyə səfərbər edildiyindən danışdı.
Tabe olmayanların evlərinə od vurulurdu, polkovnik qeyd etdi. O, silahlıları ərazini minalamaqda və üç körpünü partlatmaqda ittiham etdi.
Mən ondan soruşdum ki, o, kənddəki onlarla evlərin silahlılar tərəfindən yandırıldığını iddia edir?
Polkovnik təsdiqlədi ki, hökumətin mövqeyi məhz belədir.
Hərbiyyənin törətdiyi qəddarlıqlar barədə sualdan isə polkovnik yayındı.
Polkovnik, Rohinca qadınlarının zorlandıqları barədə dediklərini nəzərdə tuturaq dedi: "Hanı sübut? Bunları söyləyən qadınlara bir baxın. Onları kim zorlamaq arzusuna düşər?"
Polkovnik Phone Tint iddia edir ki, kəndlərə od vuran müsəlman silahlılarıdır.
Maungdaw-da gördüyümüz bir neçə müsəlman, kameraya danışmağa ürək etmədi.
Bizim bələdçilərimizdən uzaqda isə, müsəlmanlar təhlükəsizlik qüvvələrinin onlara ərazini tərk etməyə icazə vermədiyi, ərzaq qıtlığı və vahimə hissindən danışdılar.
Bir cavan oğlan Banqladeşə qaçmaq istədiyini, lakin yerli ağsaqqalların, rəsmilərlə ərazini tərk etməmək barədə müqavilə imzaladıqlarını bildirdi.
Sükuta qərq olmuş yerli Benqal bazarında bir kişidən ən çox nədən qorxduğunu soruşdum. Hökumətdən, o cavab verdi.
Maungdaw-dan sonra Alel Than Kyaw şəhərinə gəldik.
Burada bütün kəndlər tamamilə boş idi.
Qayıqlar, malqara başsız qalmışdı. İnsan gözə dəymirdi.
Alel Than Kyaw yerlə yeksan edilmişdi.
Hətta burada Medecins Sans Frontieres (Sərhədsiz Həkimlər) beynəlxalq təşkilatının nəzarəti altında işləyən xəstəxana da yandırılmışdı.
Şimal istiqamətində də nələrinsə tüstüləndiyini görmək mümkün idi. Odlu silahdan açılan atəş səsləri eşidilirdi. Zənn etdiyimizə görə, növbəti kəndlərə, görünür, od vurulurdu.

Sərhədsiz Həkimlər təşkilatının nəzarəti altında fəaliyyət göstərən xəstəxanadan yalnız külü qalıb.
Polis leytenantı Aung Kyaw Moe bizə müsəlmanların hücumundan danışdı.
Onun təbirincə, o, qeyri-müsəlmanları qorumaq üçün, onları kazarmalara yerləşdirdi.
Bundan sonra polis əməkdaşları hücum edənlərlə döyüş apardı.
Üş saat çəkən döyüş nəticəsində 18 nəfər öldürüldü - 17 silahlı və bir immiqrasiya məmuru.
Həmin hadisənin ardınca müsəlman sakinlər ərazini tərk etdi.
Lakin polis zabiti şəhərdə indiyədək evlərin niyə közərdiyini, tüstünün niyə qalxdığını aydın izah edə bilmədi.
Onun təbirincə, mümkündür ki, şəhərdə hələ də bir neçə müsəlman qalıb, evləri də elə onlar yandırır.
Lakin Alel Than Kyaw-dan geri qayıdan zaman gördüyümüz, fərqli bir təsəvvür yaradırdı.
Yolun yaxnlığında yerləşən bir kənddən qalın tüstü qalxırdı.
Həmin kənddə yanğın təzəcə başlamışdı.
Bizi müşayiət edən polisə dedik ki, maşın karvanımızı saxlasın.
Maşınlarımız dayandıqdan sonra, biz yanğın görünən istiqamətdə qaçmağa başladıq, polislər arxada qaldı.
Kəndin hər bir yerindən yanğın səsi və yanan ağac cırıltısı eşidilirdi.
Müsəlman qadın paltarı yola sərilmişdi, palçığa basılmış vəziyətdə.
Əzələli və əllərində qılınc və maçete olan gənclər, özlərini itirmiş kimi biz, jurnalistlər tərəfə baxırdı.
Onlar kamerdan yayınmağa çalışırdı.
Bizi gördükdə, həmin gənclər tələm-tələsik kənddən çıxdılar.
Kənddəki bütün evlər yandırılıb.
Onlar Raxin buddistləri olduqlarını bildirdilər.
Həmkarlarımdan biri onlardan biri ilə qısa söhbət aparmağa müvəffəq oldu. Həmin adam polisin köməyi ilə evlərə od vurduqlarını etiraf etdi.
Kəndə daxil olanda damı təzəcə yanmağa başlamış mədrəsəni gördük.
Ərəb dilində yazılmış məktəb dərslikləri ətrafa səpələnmişdi. Yerə atılmış və benzin iyi verən plastik küpə gözə dəyirdi.
Kəndin adı belə idi: Gawdu Thar Ya. Bu, müsəlman kəndi idi. Kənddə yerli sakinlərdən əsər-əlamət yox idi.
Kəndə od vuran Raxin kişiləri polisin yanından ötərək ərazini tərk edirdilər, bəziləri isə özləri ilə qarət etdikləri ev əşyalarını da aparırdı.
Yanğın bir neçə polis kazarmasının yerləşdiyi ərazinin yaxınlığında baş vermişdi.
Onlardan isə heç kim hadisənin qarşısını almağa cəhd göstərməmişdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Myanma münaqişəsi: Aung San Suu Kyi "işə qarışmalıdır"

    Myanma münaqişəsi: Aung San Suu Kyi "işə ...

    5-09-2017, 11:27

  • 
  • Birmada “soyqırım”: Körpələrin “başları kəsilir” və onlar “diri-diri yandırılır”

    Birmada “soyqırım”: Körpələrin “başları kəsilir” ...

    4-09-2017, 13:47

  • 
  • Rusiya əhalisinin 52 faizi mövcud hökuməti dəstəkləmir

    Rusiya əhalisinin 52 faizi mövcud hökuməti ...

    18-12-2012, 13:33

  • 
  • Myanmada hökumət qüvvələri ilə müsəlmanların qarşıdurmasında 400-ə yaxın insan ölüb

    Myanmada hökumət qüvvələri ilə müsəlmanların ...

    1-09-2017, 17:32

  • 
  • Ermənistan İrana dəmiryolu çəkməyə 8 il pul tapmayıb

    Ermənistan İrana dəmiryolu çəkməyə 8 il pul ...

    15-01-2017, 18:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu