Bu gün Ermənistanda vəkillər etiraz aksiyası keçirib. Aksiyada 200-dən çox vəkil iştirak edib. Onların etirazı bu gün Kasasiya məhkəməsində ikili standartların tətbiq edilməsidir.
Ayk Alumyanın sözlərinə görə, dövlətin onların tələblərini yerinə yetirməyincə sakit dayanmaq və susmaq fikirləri yoxdur.
Məlumat üçün deyək ki, düz bir il bundan öncə də Ermənistanda 40-a yaxın vəkil məhz bu səbəbdən etiraz edərək tətil elan etmiş və günlərlə işə çıxmaqdan imtina etmişdilər.
Xatırladaq ki, son zamanlar Ermənistanda ictimai-siaysi vəziyyətdən narazı qalan kütlə ardıcıl aksiyalar kemirir. Yaxın günlərdə isə keçmiş döyüşçülərin aksiyası planlaşdırılır. Onlar möcu iqtidarın yarıtmaz siyasətindən cana doyduqlarını bəyan edərək rəhbərliyin istefasını tələb edirlər.
“Biz Ermənistanda vəziyyəti dəyişmək istəyənləri, partiya mənsubiyyətindən asılı olmayaraq, bu mitinqə dəvət edirik. Bizim əsgərlərimiz yenə millətin müdafiəsinə qalxıb. Hamı bir nəfər kimi Azadlıq meydanına”, - döyüşçülərin müraciətində bildirilir.
İyunun 5-də işğalçı döyüşçülər bəyanat yaymışdı. Onlara qarşı etinasızlıqdan, problemlərinə məhəl qoyulmamasından şikayət edən işğalçılar 13 tələb irəli sürmüşdülər. Əsas tələblər təqaüdlərin artırılması, ehtiyacı olanların evlə təmin olunması, kommunal xidmətlərə 50% güzəşt, uşaqlarının təhsilinə 50% güzəşt, şəxsi biznes qurmaq üçün güzəştli kreditlər, pulsuz tibbi xidmətdir. Tələblər müdafiə naziri Seyran Ohanyana təqdim olunmuşdu.
Sorğu
Yeni dizaynımız necədir?