Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyənin “Renesans İnşaat” şirkətinin Sankt-Peterburqdakı baş ofisinə basqın edib.
Şirkətin xaricə 1,7 milyard dollar köçürməkdə ittiham olunduğu bildirilib. “Renesans” isə bu ittihamları qəti şəkildə rədd edib. Şirkətə yaxın olan bəzi mənbələr bu basqının Rusiyadakı rəqib şirkətlərin yalan şikayəti əsasında həyata keçirildiyini iddia ediblər. Basqın zamanı əldə edilən dəlillərin istintaq prosesində istifadə olunacağı qeyd olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?