Bir qrup peşmərgə Türkman Milliyətçi Hərəkat Partiyasına hücum edib.
Bunu jurnalistlərə açıqlamasında İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi söyləyib. O, peşmərgənin partiyanın binasının önündən keçərkən ofisi atəşə tutduğunu bildirib: “Partiya binasında olan türkman təhlükəsizlik qüvvələri bu atəşə cavab veriblər. Nəticədə qarşıdurma böyüyüb. Atışma nəticəsində kürd dilində danışan 1 şəxs ölüb, 2 nəfər isə yaralanıb”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?