Suriyada Əsəd qüvvələrinin növbəti dəfə Türkman dağına hücuma keçdiyi bildirilib. Türkman komandanlar ordunun Zəkəriyə Molla, Keles, İsa Pınarı, Kapcağız, Sarraf və Kapkaya kəndlərini intensiv top atəşinə tutduğunu bildirib. Ölən və yaralanan barədə məlumat verilməyib. Qeyd edək ki, Suriya ordusu artıq bir neçə aydır ki, Türkman dağının 20-dən çox kəndinə nəzarət edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?