Prezident Recep Tayyip Erdoğan, İraq Kürdistan Regional Höküməti-nin (İKRH) 25 sentyabr tarixində planlaşdırdığı müstəqillik referendumuna dair qərarı "Şimali İraqın özbaşına verə bilməyəcəyini söyləyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 72-ci Baş Assambleyası üçün dünya liderləri ilə ABŞ-ın New York şəhərinə gələn Erdoğan, Amerikanın PBS televiziyasının News Hour verlişinə müsahibə verib. PBS-nin təcrübəli jurnalisti Judy Woodruff-un "Türkiyə İraqda müstəqil bir Kürd dövləti ilə yaşaya bilərdimi" sualına Erdoğan belə cavab verib: "İranın bu mövzuda referendumla eyni fikirdə olmadığı görünür. İraq federal höküməti də həmçinin. Beləliklə siz Şimali İraq olaraq belə bir qərarı necə özbaşınıza verə bilərsiniz? Biz bu qərarı qəbul etmirik. Orda ərəb, türkmən və kürdlər birlikdə yaşayırlar. İraqla 350 km sərhəd xəttimiz olduğu təqdirdə, Türkiyə olaraq biz belə bir referendumu necə qəbul edə bilərik?.
BMT Baş Assambleyasında Erdoğan "Ərbili bu təşəbbüsdən imtina etməyə dəvət edirik. Bu qərar regionda yeni qarşıdurmalara səbəb ola bilər", -deyə bildirib. "Yeni qarşıdurmalara səbəb ola bilər" İraq-ın Baş naziri Heydər əl İbadi, Türkiyə, İran və Qərb qüvvələrinin etirazları davam etsə də, İKRH rəhbəri Məsud Bərzani, müstəqillik referendumu qərarından geri çəkilmir. Çərşənbə axşamı BMT Baş Assambleyasında Erdoğan, yenə də Ərbili referendum qərarından imtina etməyə dəvət eləyib və referendumun regionda yeni qarşıdurmalara səbəb ola biləcəyini söyləyib.
Erdoğan "İraqın da ərazi bütövlüyünü təmin edə biləcək razılaşmalara və ortaq gələcək yaratmaq ideallarını həyata keçirməyə ehtiyacı var. Regionda müstəqillik tələbləri kimi yeni böhranlara, münaqişələrə səbəb olacaq addımlardan uzaq durulması lazımdır. Ərbili bu təşəbbüsündən imtina etməyə dəvət edirik", -deyə bildirib. İKRH rəhbəri Bərzani isə deyir ki, Bağdad mərkəzi höküməti ilə referenduma bərabər olacaq "birgə razılıq əldə olunduğu" təqdirdə, gələn həftə keçiriləcək səsvermə təxirə salına bilər. Bərzani həmçinin bildirib ki, Bağdad hökümətinə referendumun təxirə salınmasına qarşılıq bir təklif vermələri üçün 2-3 günlük müddət verib. Çərşənbə axşamı jurnalistlərə müsahibə verən İbadi isə, İraqın şimalındakı Kürdüstan muxtar statuslu regionda baş tutacaq "hər cür" referendumu, "nə olursa olsun" tanımayacaqlarını bildirib. İraqın Konstitusiya Məhkəməsi, İKRH-da baş tutacaq müstəqillik referendumunu təxirə salmaq qərarı vermişdi. ABŞ və digər Qərb qüvvələri, referendumun İraq və Suriyada İŞİD-lə mübarizədə diqqət yayındırması narahatlığı ilə, İKRH-ə səsverməni ləğv etməyi məsləhət görürlər. Bərzani isə, ona yaxşı bir təklifin edilmədiyini söyləyir. İKRH rəhbəri Məsud Bərzani, Nafiseh Kohnavard-ın suallarını cavablandırıb./bbc.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?