İspaniyanın mərkəzi hökuməti Kataloniya yerli polis qüvvələrini idarə etmək səlahiyyətini müstəqillik üçün oktyabrın 1-i referendum keçirmək niyyətində olan Kataloniya hakimiyyətinin əlindən alıb. Hökumətin qərarına əsasən, muxtar rayonda yerləşən Kataloniya və mərkəzi polis qüvvələrini polkovnik Diego Pérez de los Cobos idarə edəcək. Hökumət bu qərarın iki qüvvə arasında koordinasiyanın yaxşılaşdırılması məqsədi daşıdığını deyib. Lakin Kataloniya hakimiyyəti qərarı rədd edərək bunu qəbuledilməz müdaxilə adlandırıb. Referendumda səsvermənin qarşısını almaq üçün, Kataloniyaya minlərlə əlavə polis göndərilib. Konstitusiya Məhkəməsi referendumun qanunsuz olduğunu bəyan etsə də, Kataloniya liderləri hələ də səsverməni keçirmək niyyətindədirlər.
İspaniya hökuməti müstəqillik üzrə səsvermənin qarşısnı almaq üçün səsvermə materiallarını ələ keçirib, mühüm rəsmilərə cərimə verib və onlarla siyasətçini müvəqqəti olaraq saxlayıb. İspaniyanın ictimai prokurorluq xidməti, polkovnik Pérez de los Cobos-un bu vəzifəyə təyinatını muxtar rayonlarda birgə əməliyyatlara dair qanuna əsaslandığını deyir. Kataloniyanın "La Vanguardia" qəzeti bildirir ki, cənab de los Cobosun-un səlahiyyətini artıran qərar oktyabrın 1-dən qüvvədə olacaq. aksiyalar "tractoradas" adlandırılıb Kataloniyanın daxili işlər naziri Joaquim Forn yerli hakimiyyətin, polisə "bu müdaxiləni" qəbul etmədiyini bəyan edib. "Kataloniya hakimiyyəti dövlətin bu müdaxiləsini qəbul etmir, çünki bu Kataloniyada təhlükəsizliyi təmin etmək üçün istifadə edilən qanuni çərçivəni nəzərə almır", - o, deyib. "Kataloniya polisinin rəhbəri öz səlahiyyətini başqasına ötürməyəcək", cənab Forn əlavə edib. Onun mühafizəkar Xalq Partiyasının təşkil etdiyi tədbirdə çıxış edən Baş nazir Mariano Rajoy referendumun keçirilməyəcəyini bir daha təkrarlayıb. "Dayanıb referendumun olmayacağını demək ağıllı, məntiqli və demokratik olardı, çünki özləri bilirlər ki, bu baş verməyəcək", - cənab Rajoy vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?