Kürd Regional Hökuməti, İsrail, Fransa və ABŞ nümayəndələrinin referendumdan öncə Kərkükdə baş tutan gizli görüşün bəzi detalları üzə çıxıb. Sentyabrın 22-sində Kərkükdə baş tutan görüş Məsud Bərzaninin məsləhətçisi Xoşyar Zebarinin evində olub. Toplantıda “İsrailin dostu” kimi tanınan, ABŞ-ın İraqdakı keçmiş səfiri Zalmay Xəlilzadla birgə ABŞ işğalından sonra hazırlanan 2005-ci il konstitusiyası ilə İraqın bölünməsini təmin edən və Bərzaniyə muxtar bölgə statusu qazandıran ABŞ diplomatı Peter Vudard Qalbrait və Fransanın sabiq XİN rəhbəri Bernar Kuşnerin də iştirak etdiyi bildirilir. Məlumata görə, gizli görüşdə Kərkükün paytaxt edilməsi, PKK ilə ortaq ordu qurulması, sərhədin aradan qaldırılması, Mosul və bir çox iri şəhərlərin Regional Hökumətin tərkibinə qatılması məsələləri müzakirə edilib. Bundan başqa, Məsud Bərzaniyə verilən təlimatlarda kütləvi köç də yer alır. Belə ki, son 10 ildə 2 milyona yaxın ərəb və türkmənə yönəlmiş köç siyasəti davam etdiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?