GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ​Sərkisyan hərbi xərcləri artırır - AZƏRBAYCANIN GÖZLƏNİLƏN CAVABI

​Sərkisyan hərbi xərcləri artırır - AZƏRBAYCANIN GÖZLƏNİLƏN CAVABI

Tarix: 30-09-2017, 15:38 Bölmə :Dünya Baxış: 1 285
​Sərkisyan hərbi xərcləri artırır - AZƏRBAYCANIN GÖZLƏNİLƏN CAVABI


Ermənistanın gələn il üçün dövlət büdcəsinin layihəsi təqdim olunub. 2018-ci il üçün hərbi xərclərin 17.6 faiz artırılaraq 440.4 milyon dollardan 518 milyon dollara çatdırılması nəzərdə tutulur. Bu, son illərdə Ermənistan hərbi büdcəsinə edilən ən iri artımdır. Əvvəlki illərdə də Ermənistan hərbi xərclərini artırırdı, amma heç vaxt birdən-birə 18 faizə yaxın artım edilməmişdi.


Ermənistanın yoxsul hərbi büdcəsində bu cür kəskin artım etməsinin səbəbi nədir?
Erməni ekspert dairələrində hesab edirlər ki, 2016-cı ildə Ermənistan Rusiyadan güzəştli kredit hesabına bir sıra silahlar, o cümlədən “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Buk” zenit-raket komleksləri, “İnfauna” və R-325U radioelektron mübarizə vasitələri əldə edib. Habelə Rusiya Ermənistana “İsgəndər” operativ-taktiki raketləri verib. Nəticədə bu texnikanı saxlamaq üçün yeni anqarlar, kadrların hazırlanması, sursatın alınması və s. lazımdır. Bu baxımdan gözlənilir ki, artımın bir hissəsi həmin xərclərə sərf olunacaq.
Ehtimal olunur ki, artım həm də Rusiyadan yeni silahların alınmasının planlaşdırılması ilə bağlıdır. 2017-ci ildə Ermənistan Rusiya ilə yeni silah müqavilələri bağlayıb, lakin bu müqavilələrin detalları məlum deyil. Şaiyələrə görə yeni güzəştli kredit hesabına Ermənistana silahların verilməsi davam etdiriləcək. Kreditə nəsə almaq üçün gərək əvvəlcədən müəyyən ödəniş edəsən, eyni zamanda həmin kreditin faizlərini ödəmək lazımdır. Ona görə də artımın bir qismi buna gedəcək.
Erməni mətbuatı qeyd edir ki, bu ölkənin ordusundakı T-72 tanklarının modernizasiyasına dair “Uralvaqonzavod”la bağlanmış müqaviləni də yaddan çıxarmaq lazım deyil. Görünür hərbi xərclərdəki artımın bir hissəsini də tanklara sərf edəcəklər.
Lakin artımın başlıca səbəbi Ermənistanın Azərbaycanla hərbi balansı bərpa etməyə yönələn çarəsiz səyləridir. Ermənistanda ümid edirdilər ki, neftin kəskin ucuzlaşması nəticəsində Azərbaycan hərbi xərcləri azaltmalı olacaq. 2017-ci ilin büdcəsində dollar ekvivalenti ilə doğrudan da azalma oldu, lakin il ərzində Azərbaycan öz silahlı qüvvələrini böyük miqdarda eni silah-texnika ilə təchiz etdi. Nəticədə Ermənistanın bu gözləntiləri boşa çıxdı.
Azərbaycanın hərbi büdcəsi manatın devalvasiyası ilə bağlı dollar ekvivalentində azalsa da Ermənistanın hərbi xərcləri ilə müqayisədə yenə də 3 dəfə çoxdur. Azərbaycanın 2018-ci il büdcə layihəsinə dair açıqlanmış məlumatlardan bəlli olur ki, gələn il büdcənin xərclər hissəsində 4 milyard manatdan çox artım nəzərdə tutulur. Və bu artımın bir hissəsi hərbi xərclərə gedəcək. Gözlənilir ki, Azərbaycanın hərbi büdcəsində gələn il üçün nəzərdə tutulan artım Ermənistanda edilən artımdan dəfələrlə çox olacaq, yüz milyonlarla dollar təşkil edəcək. Çünki Azərbaycan yeni silahların alınmasını davam etdirir və hərbi tarazlığı bərpa etmək Rusiyanın verdiyi “İsgəndər”lərə baxmayaraq Ermənistan üçün əlçatmaz olaraq qalır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

    Rusiya Ermənistana "İsgəndər-M" ...

    19-09-2016, 12:10

  • 
  • Gələn ilin büdcəsi açıqlandı  hərbi xərclər cəmi 1 milyard dollar oldu

    Gələn ilin büdcəsi açıqlandı hərbi xərclər cəmi 1 ...

    29-09-2016, 20:57

  • 
  • Naxçıvanda S-400 raketləri..?

    Naxçıvanda S-400 raketləri..? ...

    2-08-2017, 13:37

  • 
  • Vəziyyət gərginləşsə Rusiya Ermənistana “İsgəndər-M” göndərəcək, İran hava sahəsini açacaq

    Vəziyyət gərginləşsə Rusiya Ermənistana ...

    18-06-2016, 17:24

  • 
  • Ermənistan Azərbaycanın "istənilən nöqtəsini vura bilən" silah alıb?- [Foto]

    Ermənistan Azərbaycanın "istənilən nöqtəsini ...

    19-09-2016, 13:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu