ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasından imtinası Rusiyanın Tehrana 2020-ci ildən etibarən hərbi təyyarələr, raket sistemləri kimi silahların tədarükü ilə bağlı proqramına təsir etməyəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının senatoru Viktor Ozerov söyləyib. “BMT-nin Tehranın öz öhdəliklərini yerinə yetirməsi haqqında qərarı var. Bu bizim İrana 2020-ci ildə silah tədarükü haqqında proqramımıza təsir etməyəcək. 2020-ci ildə İrana adi silahların tədarükü ilə bağlı məhdudiyyətlər ortadan qaldırılacaq”, – Ozerov bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?