Braziliyanın Janauba şəhərindəki bağçada faciə baş verib.
Bağçanın mühafizəçisinin uşaqların üstünə spirt püskürtməsi nəticəsində 6 uşaq və onların müəllimləri diri-diri yanıb, 50 nəfər ağr bədən xəsarətləri ilə xəstəxanaya yatırılıb. Hadisəni törədən mühafizəçinin özü də yanıb.
4 uşaq hadisə yerindəcə ölüb, iki nəfər isə xəstəxanada dünyasını dəyişib.
Xəstəxananın baş həkimi Bruno Ataide Santos açıqlamasında bildirib ki, yanğın törədən, yaşı 50-dən çox olan mühafizəçi Damiao Soares də xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə baş verən zaman bağçada 80 nəfər uşaq olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?