Çexiyada rusiyayönlü partiya hakimiyyətə gələ bilər.
Bu sözlər amerikalı jurnalist Adam Erelinin “Forin Polisi” qəzetindəki məqaləsində yer alıb. “20 oktyabrda Çexiyada parlament seçkisi keçiriləcək. Bu il Çexiya Rusiyanın qurmağa yardım etdiyi və daima genişlənən oliqarxik rejimlər klubuna qatıla bilər. ANO (Narazı Vətəndaşları Aksiyası) partiyasının rəhbəri Andrey Babişin dağıdıcı populizmi bu ölkəni də Putinin Qərbi daxildən zəiflətməyə yönələn yorulmaz kampaniyasının qurbanına çevirə bilər. Milyarder Babiş “Aqrofert” şirkətlər qrupunun sahibidir. Bu qrupun tərkibində 250-dən çox şirkət yer alıb. “Forbes” jurnalı onun sərvətinin 3,4 milyard dollar olduğunu bildirir. O, həmçinin, 2014-2017-ci illərdə maliyyə naziri kimi çalışıb, amma vergiləri ödəmədiyi ilə bağlı ittihamlardan sonra istefaya gedib. Bundan başqa parlament onu Avropa Birliyindən alınan subsidiyalarla bağlı fırıldaqçılıq etməsi şübhəsi ilə təqib edib. Uğursuzluğuna baxmayaraq, Babiş bütün olanlar sayəsində uğurla ANO-nu yaradıb. Burada Praqadakı bataqlığı qurudub, hakimiyyəti xalqa qaytaracaq novatorları toplayıb. Onun uğurlu biznesmen və idarəçi olması seçicilər üçün cəlbediciliyini artırır. Cəlbediciliyi artıran digər səbəb isə miqrasiyanın dayandırılması, maliyyə nəzarətinin gücləndirilməsi və Avropa ilə əlaqələrin məhdudlaşdırılması bəyanatlarıdır. Babişin partiyasının Çexiya Prezidenti Miloş Zemanla sıx əlaqəsinin olması onun siyasi mövqelərini gücləndirir. Zeman isə daha çox rusiyayönlülüyü ilə tanınır”, – deyə məqalədə bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?