ABŞ Prezidenti Donald Tramp, nəhayət ki, keçmiş prezident Barak Obamanın səhiyyə sistemini əvəz etmək üçün yeni addım atıb.
Prezident “Obamacare” sisteminə alternativlər tapmaq üçün qərar imzalayıb. Yeni qərara əsasən, səhiyyə islahatlarının Konqresdən keçməməsi səbəbilə bəzi federal səhiyyə sığortasının qaydaları dəyişdiriləcək. Ağ Evdən verilən məlumata görə, D.Tramp bu qərarı daha aşağı büdcəli səhiyyə layihəsi başlatmaq üçün verdiyi bildirilib. Yeni qərara əsasən, yaradılan sistemin vətəndaşlarda rəqabəti artıracağı və qiymətləri aşağı salacağı gözlənilir. Mütəxəssislər D.Trampın səlahiyyətlərindən istifadə edərək dəyişdirdiyi qaydaların mövcud sistemə zərər verəcəyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?