Rusiya prezidenti Vladimir Putin hökumət rəsmilərinin əmək haqlarının 10 faiz azaldılması barədə fərmanın müddətini 2018-ci il dekabrın 31-dək uzadıb.
gundemxeber.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu qərar hökumət nümayəndələrilə birlikdə qəbul edilib.
“Yeni qəbul etdiyimiz qərara əsasən, prezident, baş nazir və digər yüksək vəzifəli məmurların əmək haqları 10 faiz azaldılıb”, - deyə Putin bildirib. Qeyd edək ki, bu fərman ilk dəfə 2015-ci ildə qəbul edilib. O vaxtdan fərmanın müddəti hər il artırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?