Dünən Gürcüstanın sabiq prezidenti, Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili etirazçıların Kiyevdə Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyində olub.
O, etirazçılarla görüşüb və söhbət edib.
Saakaşvili ona dəstək verənlər arasında azərbaycanlıların da olduğunu bildiyini deyərək, şəhərcikdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla görüşmək istəyib. O, H. Cavadovla söhbətində bu mitinqlərə dəstək verdiyi üçün Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib. Saakaşvili qeyd edib ki, Ukraynadakı azərbaycanlıların ona verdiyi dəstəkdən xəbərdardır və bu barədə məlumatları daimi olaraq izləyir.
Diaspor rəhbəri H. Cavadov Saakaşviliyə onu sona kimi dəstəkləyəcəklərini və hər gün etirazçıların yanında olduqlarını deyib.
Daha sonra Saakaşvili Hikmət Cavadov və digər həmyerlilərimizlə birlikdə şam edib.
Qeyd edək ki, bir neçə gündür, Kiyevdə Ali Radanın qarşısında mitinq keçirilir. Mitinq iştirakçıları deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini və anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.
Ou da bildirək ki, 2 gün əvvəl Ali Rada etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Radanın gündəliyinə daxil edilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?