Bir həftə öncədən bəlli olduğu kimi, bu gün Türkiyənin paytaxtı Ankaranın bələdiyyə başqanı Melih Gökçek istefa verdiyini açıqlayıb.
Böyük toplantı salonunda yüzlərlə insanın qarşısında çıxış edən Ankara meri özünü "dava adamı" adlandırıb və qeyd edib ki, o heç də yorğun olduğu üçün yox, sırf prezident Rəcəb Tayyib Ərdoğanın tələbinə uyğun olaraq vəzifəsindən ayrılır. Çünki Ərdoğanın daha gözəl bir Türkiyə inşa edəcəyinə inanır.
Bundan başqa, o, vida çıxışında da Ərdoğanın ünvanına xeyli tərifli sözlər deyib.
Melih Gökçek 8617 gündür (23 il) ki, bu vəzifəni icra edirdi.
Ondan və digər iri şəhərlərin merlərindən istefa vermələrini prezident Ərdoğan və hakim partiyanın rəhbərliyi tələb edirdi. Məqsəd iki il sonra keçiriləcək seçkilərə daha güclü komanda ilə getməkdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?