GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Türkiyə bundan sonra nəyi gözləyəcək?

Türkiyə bundan sonra nəyi gözləyəcək?

Tarix: 2-04-2014, 11:26 Bölmə :Siyasət Baxış: 805
Türkiyə bundan sonra nəyi gözləyəcək?
Rəsmi Ankara kimlərlə vidalaşacaq?

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkisi səbirsizliklə gözlənilirdi. «Gezi» etirazları, 17 dekabr korrupsiya əməliyyatı, durmadan yayılan gizli səs yazıları, baş nazirlə tərəfdarları sürən gərginlik Türkiyədə siyasi qütbləşmənin xeyli dərinləşdiyini göstərirdi.
Bu siyasi mənzərənin seçki qutusunda da əksini tapacağı, Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli idarəçilikdə öz hakimiyyətini zəiflədəcəyi ehtimal edilirdi. Amma bu gözləntilər real vəziyyəti ciddi şəkildə dəyişmədi. Ölkə seçicilərinin 87 faizinin qatıldığı seçkidə AKP 44-46 faiz səslə irəlidədir. Ondan sonrakı yeri 28 faiz səslə Cümhuriyyət Xalq Partiyası (CHP) tutur. Bundan əvvəlki bələdiyyə seçkisində - 2009-cu ildə bu iki partiya arasında səs bölgüsü belə idi: AKP-38%, CHP-23 %. Rəqəmlər bir yana, ölkənin hər yerində seçki zamanı gərginlik yaşandı. Ayrı-ayrı bölgələrdə nəticələrə baxsaq, bəzi yerlərdə namizədlərin 1-2 faiz və hətta bir səs fərqi ilə önə çıxdığını görə bilərik.
Özəlliklə Ankara və İstanbulda, elə İzmirin özündə də bələdiyyə başqanlığı uğrunda iqtidarla müxalifətin seçki savaşı gedirdi. Ankaranın bələdiyyə başqanı Melih Gökçek 20, İstanbulun bələdiyyə başqanı Kadir Topbaş 10 ildir bu vəzifədədir. Seçki nəticələrinə görə, onlar bu vəzifədə daha 5 il qalacaqlar.

«QAÇANLAR QAÇDI. BUNUN HESABINI ÖDƏYƏCƏKLƏR...».

Ölkənin siyasi gündəmində ard-arda baş verən hadisələr bələdiyyə seçkisini baş nazir Ərdoğan-ın «qalsın-getsin» referendumuymuş kimi göstərdi. Belə bir fikrin formalaşmasında elə baş nazirin öz çıxışları, mitinqlərdə səsləndirdiyi fikirlər də az rol oynamadı.
Dünən səslərin hələ 50 faizi sayılıb açıqlanmışdı ki, baş nazir qələbəni elan edərək tərəfdarları ilə görüşdü və öz rəqiblərinə, xüsusən keçmiş tərəfdaşı Fetullah Gülənə mesajlarını çatdırdı: «Xalq bu gün seçki qutusunda Türkiyə və dünyaya bir mesaj verdi: Biz burdayıq… Millət «bu ölkənin sahibiyik» – dedi, «millət əyilməz, Türkiyə yenilməz» – dedi. Biz Türkiyə Respublikasını küçədən tapmamışıq. Şəhidlərin qanı ilə yoğrulmuş bu torpaqları biz Pensilvaniyaya və ya onun burdakı davamçılarına əsla təslim etməyəcəyik. Qaçanlar qaçdı. Bunun hesabını ödəyəcəklər».
Ərdoğan deyib ki, «Güclənərək gəlirik, daha güclü demokratiyanı gətirəcəyik. Qərbin həsrətini çəkdiyi demokratiya artıq bizdə var. Artıq köhnə Türkiyə yoxdur, yeni Türkiyə var».

MÜXALİFƏT SEÇKİNİN TƏMİZ KEÇMƏDİYİNİ DEYİR

CHP-nin İstanbul bələdiyyə başqanı namizədi olaraq seçkiyə qatılan Mustafa Sarıgül nəticələrlə bağlı açıqlama verib ki, «Heç nəyə baxmayaraq, CHP olaraq İstanbulda bu günədək ən yüksək səsimizi aldıq. Düzdür, bu bizim üçün təsəlli ola bilməz. Sabahdan etibarən daha çox çalışacağıq». Sarıgül seçkiöncəsi təzyiqlərdən, seçki kompaniyası dönəmində yaşanan çətinliklərdən söz açaraq, səsvermənin böyük pozuntularla müşayiət edildiyini də vurğulayıb: «Seçki məntəqələrində elektrikin kəsilməsi, ortalıqda gəzən səs torbaları və buna bənzər olaylar bu seçkinin siyasət tariximizə təmiz keçməsinə əngəl olmuşdur». Müşahidəçi və adi seçicilərin yaratdığı onlayn platformalarda da seçki saxtakarlığı barədə rəylər əksini tapıb. Video-foto materiallar toplanıb. Ankarada vəkillərin yaratdığı Seçki Təhlükəsizliyi və Hüququ Mərkəzi seçicilərdən gələn şikayətləri araşdırır, gərəkli hüquqi addımlar üçün fəaliyyət göstərir. Siyasi partiyalar da kütləvi pozuntularla bağlı məhkəməyə müraciət edəcəklərini açıqlayıblar.
Melih Gökçek Ankarada qələbəsini elan edərkən CHP-nin namizədi Mansur Yavaş bu nəticələrə etirazını bildirərək işə hiylə qatıldığını deyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mandat qazanan deputatlar bu gün and içəcək

    Mandat qazanan deputatlar bu gün and içəcək ...

    17-11-2015, 13:39

  • 
  • Türkiyədə növbədənkənar seçki olmayacaq

    Türkiyədə növbədənkənar seçki olmayacaq ...

    9-06-2013, 11:33

  • 
  • Türkiyənin Ərdoğan hökumətinə nə qədər etibar etdiyi bu gün bilinəcək

    Türkiyənin Ərdoğan hökumətinə nə qədər etibar ...

    30-03-2014, 14:51

  • 
  • Türkiyədə bələdiyyə seçkilərində silahlı qarşıdurma yaranıb, 9 nəfər yaralandı

    Türkiyədə bələdiyyə seçkilərində silahlı ...

    30-03-2014, 14:48

  • 
  • AKP-yə yeni sədr, Türkiyəyə baş nazir - Bu gün qurultaydır

    AKP-yə yeni sədr, Türkiyəyə baş nazir - Bu gün ...

    22-05-2016, 11:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu