Hücumçunun velosiped cığırına maşın sürərək səkkiz nəfəri qətlə yetirməsindən bir gün sonra Nyu York şəhərində həyat öz məcrasına qayıdır.
Hücum baş vermiş ərazi polis lentləri ilə təcrid olunsa da nyu yorklular çərşənbə axşamı Hallovin bayramını qeyd edib, səhərisi günsə işlərə, məktəblərə və hətta velosiped sürməyə qayıdıblar.
“Bax, buradayam. Evimdən bura 20 kilomer məsafə qət etmişəm," 58 yaşlı Joe Lepore Amerikanın Səsinə deyir. “Məni terror qorxuda bilməz. Mən həyatımı yaşayacağam.”
Elə deyil ki, biz bü cür hadisələri gözləyirik, ancaq hədəfdə olduğumuzu bilirik. Odur ki, biz daim qəribə görünən şeylərə qarşı sayıqlığımızı saxlayırıq. Manhattan İcma Kollecində tələbə olan Eşli Smit deyir ki, Nyu York kimi iri və ikonik şəhərdə yaşayan adamlar təhlükədən agahdırlar və sayıqlıqlarını heç vaxt itirmirlər.
“Elə deyil ki, biz bü cür hadisələri gözləyirik, ancaq hədəfdə olduğumuzu bilirik. Odur ki, biz daim qəribə görünən şeylərə qarşı sayıqlığımızı saxlayırıq," Eşli deyir.
Rəsmilər Nyu Yorkda yük maşınını velosiped cığırında insanların üstünə sürən şəxsi dindirməyə və 2001-ci ildə 11 sentyabr hücumlarından sonra ən çox insan ölümülə nəticələnmiş hadisənin motivlərini araşdırmağa başlayıb. Hücum nəticəsində səkkiz adam həyatını itirib, 11 adam yaralanıb.
Hücum baş vermiş ərazi polis tərəfindən təcrid olunub. Hadisədə şübhəli bilinən 29 yaşlı özbək mühacir Sayfullo Saipov 2010-cu ildə ABŞ-a mühacirət edib. Xəbər agentliklərinin verdiyi məlumata görə, hücumun baş verdiyi yerdə İŞİD qrupuna sədaqətin ifadə edildiyi yazı aşkar edilib. Cihadçı qrup hücuma görə məsuliyyəti rəsmən hələ öz üzərinə götürməyib.
Saipov Nyu Yorkun Manhattan hissəsində baş vermiş hadisə yerinə gələn polis tərəfindən qarın nayihəsindən güllə ilə vurularaq yaralanıb. Rəsmilər onu xəstəxanada cərrahiyyə əməliyyatına aparılmazdan əvvəl dindirib./amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?