AFR-ın xarici işlər naziri Ziqmar Qabriyel Antalyada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə 4 noyabrda Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Biz ikitərəfli münasibətləri, o cümlədən mürəkkəb mövzuları, həmçinin hər iki tərəfin gözləntilərini müzakirə etmək üçün qeyri-formal şəraitdə görüşdük", - deyə xəbərdə Qabriyelin sözləri sitat gətirilib.
Xatırladaq ki, İstanbulda istintaq təcridxanasında olan hüquq müdafiəçisi Piter Ştoydtner ötən həftədə buraxılmışdı. Sonra məlum oldu ki, bu məsələdə vasitəçi kimi AFR-in sabiq kansleri Herxard Şröder çıxış edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?