Kataloniya hökümətinin keçmiş rəhbəri Carles Puigdemont Belçikada polisə təslim olub, İspaniya mediası və Belçikanın Flamand bölgəsinin VRT televiziya şirkəti xəbər verib.
Belçika prokurorunun bildirdiyinə görə, Carles Puigdemont və onun dörd müşaviri Belçika polisinə təslim olublar. Prokuror qeyd edib ki, İspaniya məhkəməsinin cümə günü çıxardığı Aİ həbs sanksiyasının tətbiq olunub-olunmayacağı barədə qərar, istintaqı aparan hakim tərəfindən bazar ertəsi veriləcək. Kataloniyada müstəqillik referendumu keçiriləndən sonra Madrid bu bölgədə birbaşa idarəçilik üsulu yeritdiyindən Carles Puigdemont İspaniyanı tərk edərək Belçikaya gəldib. Carles Puigdemont bildirb ki, ədalətli mühakimə olunacağına dair təminat verilməyənədək, o, İspaniyaya qayıtmayacaq. Carles Puigdemont və onun dörd müşavirinin həbsi, onların qiyam qaldırmaq, dövlət vəsaitinin istifadəsində bədxərcliyə yol verilməsi, itaətsizlik və etimadı doğrultmamaq ittihamları əsasında istənilib.
Sorğu
Yeni dizaynımız necədir?