GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Putin ittifaqı” dağılır - Bakı üçün yeni fürsət

“Putin ittifaqı” dağılır - Bakı üçün yeni fürsət

Tarix: 8-11-2017, 13:07 Bölmə :Dünya Baxış: 334
“Putin ittifaqı” dağılır - Bakı üçün yeni fürsət



Qazaxıstan və Qırğızıstan liderləri arasında gərginlik, Bişkekin Avrasiya Birliyindən çıxmaq hədəsi qurumun taleyini sual altına qoyub; Azərbaycanın önəmi artır - iki amil

Rusiya prezidenti V.Putinin SSRİ-nin reanimasiyasına hesablanmış Avrasiya layihələrindən biri və ən önəmlisi - Avrasiya İqtisadi Birliyi (AİB) çətin günlərini yaşayır. 5 ölkənin - Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və işğalçı Ermənistanın üzv olduğu qurum daxilində vəziyyət hətta böhranlı sayıla bilər.

Söhbət təkcə AİB çərçivəsində iqtisadi-ticari inteqrasiyanı əngəlləyən obyektiv amillərdən getmir. Eyni zamanda üzv ölkələrin liderlərinin bir-birinə qarşı gizli-açıq şəxsi antipatiyasından gedir - hansı ki, onsuz da özünü bir təşkilat olaraq illərdir təsdiqləyə bilməyən AİB üçün əlavə gərginlik yaratmaqdadır.

* * * * *

Məsələn, Qazaxıstan və Belarus prezidentlərinin - Nursultan Nazarbayev və Aleksandr Lukaşenkonun erməni prezident Serj Sərkisyana gizli antipatiya bəslədiyi sirr deyil. Ümumiyyətlə, AİB-in digər 4 dövləti ilə hər hansı quru əlaqəsi olmayan, yalnız Rusiyanın və erməni lobbisinin dotasiyası və ianəsi hesabına mövcud olan, habelə, ciddi iqtisadi-önəm kəsb etməyən Ermənistanın AİB-də üzvlüyü nonsensdir.

Başqa sözlə, işğalçı ölkə sadəcə, Rusiyanın əlavəsi (səsvermə zamanı “düymə basanı”) kimi bu qurumda təmsil olunub ki, bu da kifayət qədər müstəqil iqtisadi siyasət yürüdən, böyük iqtisadi potensiala malik Belarus və Qazaxıstan üçün, yumşaq desək, xoş deyil. Qazaxıstan və Belarusun Azərbaycana obyektiv əsaslardan doğan isti münasibəti isə təşkilatın möhkəmlənməsinə əngəlləyən digər bir amildir - hansı amilə ki, erməni ekspertləri də tez-tez diqqət çəkirlər. Onlar təəssüflə vurğulayırlar ki, AİB-də və onun hərbi qurumu KTMT-də (“Rus NATO”su) Ermənistandan çox Azərbaycanın dostları var (yeri gəlmişkən, ötənilki 4 günlük aprel müharibəsində, ardınca isə KTMT-yə erməni generalın baş katib gətirilməsinin əngəllənməsində Nazarbayev və Lukaşenkonun Azərbaycana simpatiyası aydın şəkildə ortaya çıxmışdı).

*****

Son vaxtlar isə Qırğızıstanla Qazaxıstan arasında yaşanan gərginlik AİB-nin varlığını yeni və ciddi bir sınaq qarşısında qoyub. Belə ki, qırğız prezident Almazbek Atambayev faktiki, təşkilatın perspektivsiz bir quruma çevrildiyini bəyan edərək deyib: “Biz bu təşkilata həddən artıq böyük ümidlər bəsləyirdik. İqtisadi inkişaf baxımından biz gərək özümüzü altatmayaq və birliyə ümid bəsləməyək. Yalnız bir adamın naz-qəmzəsindən asılı olan ittifaq etibarlı ola bilməz, əgər hətta, o, dünyanın ən böyük adamı olsa belə”.

Cəmi bir ay sonra öz postundan gedəcək Atambayevin bu sözləri (onun prezident seçilmiş xələfi Sooranbay Jeenbekovun indiki kursu davam etdirəcəyi şübhə doğurmur), az qala, şok effekti yaradıb. Düzdür, Atambayev ad çəkməyib. Ola bilsin, o, məhz Nazarbayevi nəzərdə tutaraq belə sərt ifadə işlədib. Ancaq Putinin də “bostanına daş atıb”. Nədən ki, AİB-də əsas söz sahibləri iki nəfər - Putin və Nazarbayovdur.

Bundan əlavə, iki türkdilli dövlətin sərhəd-gömrük məntəqələrində baş verən son insidentlər, etiraz aksiyaları söyləməyə əsas verir ki, Qırğızıstanın yeni prezidentinin dönəmində də AİB daxilində vəziyyət yaxşılığa doğru tezliklə dəyisməyəcək. Qeyd edək ki, Atambayev-Nazarbayev qalmaqalından sonra Qazaxıstan qırğız mallarına qarşı öz sərhədini daha möhkəm bağlayıb və nəticədə həmin malların digər AİB ölkələrinin ərazisinə çıxışı da çətinləşib.

*****

Bütün bu baş verənlər ona işarədir ki, “AİB xəmiri” hələ çox su aparacaq. Başlıca səbəb isə təşkilatın sağlam təməl üzərində qurulmaması, iqtisadi yox, başqa maraqlara söykənməsidir.

Misal üçün, bu quruma Azərbaycan qat-qat çox lazımdır, nəinki Ermənistan. Məhz Azərbaycanın üzvlüyündən sonra Ermənistan Rusiya və digər üzv dövlətlərlə iqtisadi əlaqələr yarada, eyni zamanda qarşılıqlı inteqrasiya canlana bilərdi. Təsadüfi deyil ki, rəsmi Moskva illərdir ölkəmizi bu quruma üzvlüyə şirnikləndirir. Lakin Bakının AİB-ə üzvlük şərti bəllidir - öncə Qarabağ.

Yaxud Türkiyənin üzvlüyü ilə AİB real nəfəs qazana bilırdi. Hətta qardaş ölkənin iqtisadiyyat naziri Nihat Zeybək bir ara bunun anonsunu da verib. Lakin yenə Qarabağ əngəli ortaya çıxır. Çünki Türkiyə bizim köklü maraqlarımızı gözardı edib, təcavüzkarla vahid təşkilatda təmsil olunmaz.

*****

Bu xüsusda dünən Rusiyanın tanınmış portallarından olan rosbalt.ru saytında getmiş, Andrey Nikolayevin müəllifi olduğu analitik məqalə diqqət çəkir. Musavat.com-un məlumatına görə, məqalədə Avrasiya Birliyinin faktiki, böhranlı yaşadığı qeyd olunur. Kifayət qədər böyük olan yazıdan bəzi sitatları təqdim edirik.

“Qırğızıstan prezidenti qazax liderinə çirkab atması azmış kimi, indi də öz ölkəsinin AİB-dən çıxmasını təbliğ edir. Üstəlik, bütöv bir inteqrasiya birliyini - Rusiyanın da daxil olduğu AİB-i şantaj edir. Moskva isə nədənsə susur. Atambayev deyir ki, ittifaq bir nəfərin nazından asılı ola bilməz. Gəl indi anla ki, o, kimi nəzərdə tutur - Rusiyanın, yoxsa Qazaxıstanın liderini? Mümkündür ki, belə üstüörtülü sözlərlə o, hər ikisinı daş ayıb. Çünki şəxsi incikliyi olan Nazarbayevdən fərqli olaraq, Putinə qarşı açıq şəkildə getmək asan deyil. Bu harasıdır, Atambayev bəyan edib ki, onun ölkəsi Özbəkistanda, Çində özünə yeni bazarlar və nəqliyyat dəhlizləri tapmalı, həmçinin Bakı-Tiflis-Qars (Türkiyə) dəmir yoluna çıxan Çin-Qırğızıstan-Özbəkistan yolunun inşasını sürətləndirməlidir”.

Yaxud belə bir sitat: “Qırğızıstanlın baş naziri Artyom Novikov bəyan edib ki, əgər Qazaxıstanla sərhəddə vəziyyət nizamlanmasa, sonrakı qərar, o sırada ölkənin AİB-dən çıxması ilə bağlı qərar siyasi səviyyədə qəbul ediləcək. Yəni hazırda situasiya məhz Qərbin arzuladığı kimidir - hansı ki, ”yeni Putin SSRİ"sinin, yəni AİB-in dağılmasını proqnozlaşdırır və səbirsizliklə gözləyirdi - hərçənd AİB “Putin SSRİ-si” roluna dartmır əslində".

*****

Əlavə edək ki, Putin ittifaqının hazırkı böhranlı durumu konkret olaraq Azərbaycan üçün də əhəmiyyətsiz deyil. Ən azı iki səbəbdən: birincisi, baş verənlər AİB ilə həmsərhəd olan ölkəmizin təşkilat üçün (onun xilası baxımından) dəyərini artırır, bu dəyərə məxsusi çalar verir. İkincisi isə, Bakı-Moskva münasibətlərində birincinin taktiki manevr imkanlarını artırır. Rusiyanın Azərbaycana yeni və daha böyük siyasi ehtiyacını şərtləndirir. Bu isə öz növbəsində həm də yeni siyasi fürsət deməkdir. Azərbaycan üçün, Qarabağ məsələsi üçün...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın planları pozuldu

    Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın ...

    22-09-2014, 15:36

  • 
  • Ermənistan Gömrük İttifaqına qoşula bilmədi

    Ermənistan Gömrük İttifaqına qoşula bilmədi ...

    1-05-2014, 10:19

  • 
  • Putin zəng etdi: Belarusiya və Qazaxıstan çətin durumda

    Putin zəng etdi: Belarusiya və Qazaxıstan çətin ...

    8-08-2014, 01:53

  • 
  • İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də...

    İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta ...

    8-10-2014, 11:53

  • 
  • Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

    Prezident İlham Əliyev MDB Dövlət Başçıları ...

    16-10-2015, 12:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu