GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də...

İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də...

Tarix: 8-10-2014, 11:53 Bölmə :Manşet Baxış: 789
Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 10-da Minskdə növbəti dəfə pərt olacaq. Və Rusiya prezidenti Vladimir Putin yenə qəzəblənəcək, qəzəbini büruzə verməsə belə... Bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin çoxgedişli, əsası hələ illər əvvəl qoyulmuş mürəkkəb xarici siyasət taktikasının gözlənilən nəticələridir.

Söhbət Ermənistanın “Putin ittifaqına”, yaxud “yeni SSRİ”-yə və ya rəsmi adı Avrasiya İqtisadi İttifaqı olan siyasi-iqtisadi bloka üzvlüyü ətrafında baş verən hadisələrdən gedir.

Belə görünür ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın bu ittifaqa üzvlüyünün oktyabrın 10-da Minskdə baş tutacağına dair Ermənistan prezidenti Serj Sərkisyana verdiyi rəsmi vəd reallaşmayacaq. Çünki Qazaxıstan Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə razılıq verməyə hələ hazır deyil.

Virtualaz.org saytı xəbər verir ki, “The Diplomat” nəşri Ermənistanın üzvlüyünün Azərbaycanın sayəsində növbəti dəfə təxirə düşəcəyini yazır. Nəşrin xatırlatdığı kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ilin may ayında Astanada ittifaqın təsis olunduğu sammitdə gözlənilmədən Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan edərək Ermənistanın üzvlüyünü blokladı.

İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də...

Xatırladaq ki, Azərbaycan prezidenti Ermənistanın ancaq indiki sərhədləri daxilində bu ittifaqa üzvlüyünün təsbit olunmasını Avrasiya İttifaqını təsis edən Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin diqqətinə çatdırmışdı. Azərbaycan prezidentinin məktubu hər üç prezidentə göndərilsə də onu sammitdə Qazaxıstan prezidenti elan etdi və Sərkisyanın necə pərt olduğunu sammiti izləyən jurnalistlər aydın görmüşdü.

“The Diplomat” yazır ki, Ermənistan o vaxtdan bəri Avrasiya İqtisadi İttifaqına üzv olmağa cəhd edir. Qazaxıstan isə Azərbaycanın xahişi ilə bunu əngəlləyir. Rəsmi olaraq İrəvan bu həftə - oktyabrın 10-da ittifaqa üzv olmalıdır. Lakin Dağlıq Qarabağ məsələsi Putin üçün ittifaqı genişləndirmək yolunda maneəyə çevrilib.

İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də...


Xatırladaq ki, Ermənistanın indiki sərhədləri çərçivəsində Avrasiya İttifaqına üzvlüyü onun Qarabağla sərhədə gömrük postları yerləşdirməsi deməkdir. Ermənistan prezidenti ölkəsinin ittifaqa indiki sərhədləri çərçivəsində daxil olacağını qəbul edir, lakin işğal altındakı Qarabağla sərhədə gömrük postları yerləşdirmək İrəvanın ciddi diplomatik uğursuzluğu olacaq.

“The Diplomat”ın yazarı Keysi Mişel qeyd edir ki, diplomatik mənbələr Qazaxıstanın öz mövqeyindən hələ geri çəkilmədiyini xəbər verir. Ermənstanın Avrasiya İttifaqına üzvlüyü Putinin böyük qəzəbinə və məyusluğuna baxmayaraq bir-birinin ardınca təxirə düşür.

Nəşrin yazdığına görə, sentyabrın sonlarında belə xəbərlər yayıldı ki, Ermənistan Qazaxıstanın təzyiqlərinə boyun əyməli olub və Dağlıq Qarabağı rəsmən Avrasiya İttifaqının hüdudları xaricində buraxmağa razılaşıb. Bu, nəinki rəsmi İrəvanın əvvəlki mövqeyinə ziddir, eyni zamanda ermənilərin böyük əksəriyyətini narazı salır.

Bundan əlavə, Ermənistanın bu şərti qəbul etməsi Moskvanı da pərt edir. Rəsmi Moskva dəfələrlə bildirmişdi ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə Dağlıq Qarabağ məsələsi arasında heç bir əlaqə mövcud deyil. Ermənistan hökumətinin Avrasiya İttifaqına üzvlük barədə sənəddə Dağlıq Qarabağla sərhədə gömrük postları yerləşdiriləcəyinə yer verdiyi üzə çıxandan sonra Xankəndindəki separatçılar elan etdilər ki, bu, mümkün olmayan işdir.

Beləliklə, Putinin Avrasiya İttifaqını Ermənistanın hesabına genişləndirmək cəhdləri növbəti dəfə Minskdə təxirə düşəcək.

Qırğızıstanın da ittifaqa üzvlüyü məsələsində irəliləyişin olmadığını nəzərə alan ekspertlər bu hadisənin Putini qəzəbləndirəcəyini deyirlər. Avrasiya İttifaqına qalan keçmiş sovet respublikalarından ancaq Ermənistan və Qırğızıstan qoşulmağa hazırdır. Onlardan biri həll olunmamış Qarabağ probleminə görə ilişib, digəri isə hələ konkret addımlar atmağa tələsmir.

Virtualaz.org qeyd edir ki, Minskdə Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə təkcə Qazaxıstan qarşı çıxmaya bilər. Azərbaycanın bu ittifaqın təsisçilərindən olan Belarusla olan sıx münasibətləri onu deməyə imkan verir ki, prezident Aleksandr Lukaşenko da Serj Sərkisyanın Qarabağa dair məqamı aydınlaşdırmadan Ermənistanın üzvüyünə dəstək verməyə hazırlaşmır.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Minskdə keçiriləcək MDB, eyni zamanda KTMT və Avrasiya İttifaqı sammitləri ərəfəsində xarici işlər naziri Elmar Məmmədyarovu Minskə ezam edib. A.Lukaşenko E.Məmmədyarovu qəbul edərkən Azərbaycanla münasibətlər haqda xeyli isti danışıb. Bildirib ki, Belarus çətin günlərdə Azərbaycanın etdiyi köməyi unutmayıb və bunun əvəzində “bütün imkanları daxilində və xaricində” Azərbaycana dəstək verməkdə davam edəcək.

Söhbət bir neçə il əvvəl Putinin Lukaşenkonu qaz borcuna görə sıxışdırıb Belarusun neft kəmərləri sistemini Rusiyanın mülkiyyətinə çevirməyə çalışdığı günlərdə İlham Əliyevin bir telefon zəngi ilə Belarusa 300 milyon dollar qısamüddətli kredit ayrılmasından gedir.

İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də...

Lukaşenko Azərbaycandan aldığı bu kredit hesabına “Qazprom”un borcunu qaytardı və ölkəsinin strateji əhəmiyyətli nəql sisteminin Rusiyanın mülkiyyətinə keçməsinə imkan vermədi. Həmçinin Azərbaycan Belarusa neft təchizatını şaxələndirməkdə kömək edib. Baxmayaraq ki, bütün bunlar kifayət qədər riskli addımlar idi və Azərbaycanı Rusiyanın hədəfinə çevirirdi.

Bununla belə İlham Əliyevin xeyli qabağa hesablanmış taktiki gedişləri Azərbaycana MDB-də, üstəlik Ermənistanın üzv olduğu KTMT hərbi blokunda və gələcək Avrasiya İttifaqında etibarlı müttəfiq qazandırmış oldu. İndi Lukaşenko açıq bildirməsə də oktyabrın 10-da Minskdə Ermənistanın Avrasiya İttifaqına üzvlünün növbəti dəfə təxirə salınmasında mühüm rol oynaya bilər.

Ermənistan prezidenti Avrasiya İttifaqına üzvlük tarixinin müəyyən edilməsini Rusiya prezidentindən gözləyirdi və bunda haqlı idi. Sərkisyan hesablamışdı ki, yeni təsis olunan ittifaqda Putinin sözü qanun olacaq, Kreml rəhbəri Ermənistanın üzvlüyünün hansı tarixdə və hansı şərtlər daxilində baş verəcəyini qərarlaşdırsa, o da baş verəcək..

Ancaq indi Sərkisyan pərt olmamağa əsası yoxdur. Axı o necə pərt olmasın ki, Azərbaycan Avrasiya İttifaqına üzv olmasa da Ermənistanın üzvlüyünü dalbadal təxirə salacaq qədər güclü imkanlara malikdir?! Üstəlik Ermənistanın üzvlüyünə dair şərtlərini diqtə edə bilir və Sərkisyanın bu şərtlərlə razılaşıb ümumerməni nifrətini qazanmaqdan başqa yolu qalmır.

Sərkisyan necə pərt olmasın ki, Azərbaycan hətta onun “rəisi”nin Ermənistanın oktyabrın 10-da Avrasiya İttifaqına üzv olacağı haqda bəyanatına baxmayaraq öz milli maraqlarını qorumağa yönəlmiş diplomatiyasını davam etdirir?!

Bütün bunlar Sərkisyanı Azərbaycanın hərbi gücü ilə bərabər getdikcə artan siyasi çəkisi və diplomatik nüfuzu qarşısında da çarəsiz vəziyyətə salır.

İlham Əliyev Sərkisyana gücünü göstərir, hətta Putini qəzəbləndirsə də...

Sərkisyanın heç KTMT hərbi blokunda da işləri yaxşı getmir. Ötən gün o, İrəvanda KTMT-in baş katibi Nikolay Bordyuja ilə görüşündə blokun “bəzi üzvlərinin” Azərbaycanın tərəfini saxlamasından narazılığını bildirib.

Sərkisyanın sözlərinə görə, KTMT daxilində həmrəyliyin olmaması Azərbaycanı cəsarətləndirir. Ermənistan prezidentinin “bəzi üzvlər” deyərkən Qazaxıstanı və Belarusu nəzərdə tutduğuna şübhə yoxdur. Başqa sözlə, Sərkisyan etiraf etmiş olur ki, Azərbaycan Ermənistanın özünə təhlükəsizlik çətiri hesab etdiyi KTMT-də də qərarların qəbuluna təsir edəcək qədər güclüdür.

İndi Ermənistanın Avrasiya İttifaqına üzvlüyü növbəti dəfə təxirə düşsə, Sərkisyan bunu ölkəsində necə izah edəcək? Axı belə vəziyyətdə onun Azərbaycanın gücünü etiraf etməkdən başqa yolu qalmır...

Fərhad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın planları pozuldu

    Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın ...

    22-09-2014, 15:36

  • 
  • Sərkisyanı ələ saldılar: “Ya Əliyev qəzəblənəcək, ya Putin qələm verməyəcək...”

    Sərkisyanı ələ saldılar: “Ya Əliyev qəzəblənəcək, ...

    10-10-2014, 10:09

  • 
  • Ermənistan Gömrük İttifaqına qoşula bilmədi

    Ermənistan Gömrük İttifaqına qoşula bilmədi ...

    1-05-2014, 10:19

  • 
  • Ermənistan de-fakto öz prezidentləri – Vladimir Putini qarşılamağa hazırlaşır

    Ermənistan de-fakto öz prezidentləri – Vladimir ...

    28-11-2013, 10:13

  • 
  • Putindən Azərbaycana mesaj "Gəlin bir mərkəzə çevirək"

    Putindən Azərbaycana mesaj "Gəlin bir ...

    23-12-2014, 22:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu