ABŞ-dakı Rza Zərrab haqqındakı ittihamnamə Nyu-York bölgə prokuroru Preet Bharara ilə FETÖ arasındakı əlaqənin ən açıq dəlili oldu.
Bhrara, Türkiyədəki FETÖ-çu polislərin 17 dekabrda “Rüşvət və korrupsiya” hiyləsi ilə bağlı keçirilən əməliyyat planında hazırladığı ittihamnamə xülasəsinin vergülünə də toxunmayıb. Hətta yazının üslubu, başlıqda istifadə edilən rənglər və vurğu üçün kursiv edilən sözlər belə eynilik təşkil edir. FETÖ-çuların 17 dekabr hiylə planı ilə bağlı hazırladığı hesabatı sadəcə “kopiya”edərək ABŞ-dakı Rza Zərrab ittiham aktına qoyulduğu ortaya çıxıb. Heç bir hüquqi əsasının olmamasına baxmayaraq, dəlil olaraq ittihamnaməyə qoyulan hesabat heç bir dəyişikliyə məruz qalmadan eynilə saxlanılaraq işə əlavə edilib. FETÖ-nun məhkəmə və hüquq-mühafizə orqanlarının əli ilə həyata keçirmək istədiyi, ancaq uğurlu olmadığı 17 dekabr ssenarisinin bir nümunəsi də ABŞ-da baş verir. FETÖ 2013-ci ildə, məhkəmə və hüquq-mühafizə orqanlarındakı əlaqələrini istifadə edərək 17-25 dekabrda baş verən “süni yolsuzluq” ajiotajı ilə hökuməti devirmək istədi, ancaq müvəffəq ola bilmədi.
17 DEKABRDAN KOPYALANDI
FETÖ-nun bacarmadığı 17 dekabr ssenarisi bu dəfə ABŞ-da dövrəyə soxuldu. FETÖ-çu polislərin hədəfə aldığı İranlı iş adamı Rza Zərrab, 19 mart 2016-cı ildə tətil üçün getdiyi Mayamidə saxlanılaraq həbs olundu. 27 noyabrda məhkəməsi keçiriləcək olan Zərrab haqqında hazırlanan ittihamnamə, sanki 17 dekabr dövlət çevrilişi cəhdinin də şifrələrini verir. Nyu-York cənub bölgə prokuroru Preet Bharara tərəfindən hazırlanan ittihamnamənin, FETÖ-çu polislər vasitəsi ilə hazırlanan 17 dekabr xülasəsindən köçürüldüyü üzə çıxıb. İstanbul Cümhuriyyət Baş Prokurorluğu bu cinayət işinə xitam qərarı versə də, prokuror Bharara tərəfindən dəlil kimi qəbul edilən xülasə, Zərrabın ittiham aktına qoyulub. Bharara, İngiliscəyə tərcümə edilən xülasədə, dəyişiklik belə etməyib. Hətta yazı üslubu, başlıqlar və rənglər də eyni ilə qalıb. Xülasədə, demək istənilən və qalın olaraq yazılan adlar, iddianamədə eyni şəkildə qalın olaraq yer alır. Xülasədə "kursiv" yazı üslubu ilə yer alan cümlələr də ittihamnaməyə eyni şəkildə yer almışdır. İttihamnamədə rəngli cümlələr də diqqət çəkir. Xülasə içərisində qırmızı, mavi və yaşıl rənglərdə olan cümlə və başlıqlar da iddianamədə eyni şəkildə qeyd edilmişdir. Hətta xülasədə xüsusi qeydlərin belə dəyişmədən ittihamnaməyə daxil olduğu açıqca görülür. Hüquqi dəlil belə sayılmayan xülasənin ittihamnaməyə eyni ilə qoyulması ağıllarda ittihamnaməni qəbul edən hakimin əlaqələri ilə bağlı şübhələr yaratmışdı. Hakim Riçard Bermanın 8-9 may 2014-cü ildə FETÖ tərəfindən İstanbulda təşkil olunan və FETÖ-nun dissertasiyalarının müdafiə edilərək Türkiyə hüququnun tənqid edildiyi beynəlxalq simpoziumda iştirak etdiyi ortaya çıxıb. Berman görüntülərinin ortaya çıxmasının ardından isə "Bəli, bu simpoziumda iştirak etmişəm, amma bu mənim ədalətli qərar verməyimə təsir edə bilməz” deyə, özünə bəraət qazandırmaq istəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?