“ABŞ 2018-ci ilin fevral-mart aylarından etibarən İraq ordusu ilə peşmərgəni (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri - red.) döyüşdürəcək”.
gundemxeber.az bildirir ki, bu iddia ilə ehtiyatda olan iraqlı general Sübhi Nazım deyib. Onun sözlərinə görə, silahlı qarşıdurmaya səbəb kimi “Haşdi Şabi” şiə qruplaşması göstəriləcək. General ABŞ Konqresinin peşmərgəyə 365 milyon dollarlıq silah-sursatın verilməsi barədə qərarını xatırladıb. Konqresin qərarında ilk dəfə “İraqın ərazi bütövlüyü” şərtinin götürülməsinə diqqət çəkən S.Nazim hesab edir ki, bu, İraqda ABŞ tərəfindən idarə olunacaq yeni müharibə dövrünün başlanacağına dair dəqiq mesajdır. İraqlı general qeyd edir ki, ABŞ-ın 2018-ci ilin ilk aylarından etibarən, Körfəz ölkələrindən başlayaraq xaos planını işə salacaq. Onun sözlərinə görə, tək qazananların İsrail və ABŞ olacağı döyüş ən az 5 il davam edəcək və 3 milyondan çox müsəlman öldürüləcək. Onun sözlərinə görə, ABŞ 1960-cı illərdən bu yana investisiya qoyduğu Bərzani aşirətindən (tayfa) asanlıqla imtina etməyəcək. General qeyd edib ki, ABŞ Kərkük, Tuzhurmatu, Kifrə və Telafer başda olmaqla, 40 min kvadrat kilometrə qədər ərazini bir gecədə itirən Məsud Bərzaninin yenidən baş oyunçu olması üçün fərqli variantları sınaqdan keçirəcək. “Livan, Qətər, Yəmən, Bəhreyn və Səudiyyə Ərəbistanında baş verəcək xaos prosesində ABŞ üçün İraqdakı ən yaxşı tərəfdaş Bərzani olacaq”, - o yekunlaşdırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?