Zimbabvedə hərbçilər ölkə başçısı Robert Muqabenin ətrafındakı cinayətkarlara qarşı yönələn əməliyyatda irəliləyiş əldə etdiklərini bəyan ediblər.
Hərbçilər prezidentin ətrafındakı bir neçə nəfəri saxlayıblar. Onlar, həmçinin bəyan ediblər ki, cinayətkarlardan bəziləri hələ də azadlıqdadır. Bəyanatda o da qeyd edilir ki, hərbçilər Muqabe ilə gələcək addımlarla bağlı danışıqlar aparırlar və bu baş tutarsa əhali nəticə ilə bağlı məlumatlandırılacaq. Qeyd edək ki, Muqabe hələ də ev həbsindədir. Bunu prezident özü CAR-lı həmkarı ilə telefon danışığı zamanı da təsdiqləyib.
Sorğu
Yeni dizaynımız necədir?